“Azərbaycan Dəmir Yolları” QSC (ADY) Bakı–Tbilisi–Bakı marşrutu üzrə saxta biletlərin satılması halları ilə bağlı sərnişinlərə xəbərdarlıq edib. Bu barədə ADY-dən bildirilib. Qeyd edilib ki, son günlər şirkətə vətəndaşlardan sözügedən marşrut üzrə saxta biletlərin satılması ilə bağlı müraciətlər daxil olur. Bəzi turizm şirkətləri və sosial şəbəkə hesabları mövcud olmayan yerlər üzrə […]
İlham Əliyev: “Bir kəmər, bir yol” layihəsi Azərbaycan tərəfindən tamamilə dəstəklənir
Sədr Si Cinpinin təşəbbüsü ilə həyata keçirilən “Bir kəmər, bir yol” layihəsi Azərbaycan tərəfindən tamamilə dəstəklənir.Bunu Azərbaycan Prezidenti İlham Əliyev Çinin Baş prokuroru Yinq Yonqun başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən deyib. “Biz bunu təkcə bəyanatlarla deyil, praktiki addımlarla göstəririk. Bu gün Mərkəzi Asiya, Azərbaycan və Çin arasında bağlantı qlobal […]
İlham Əliyev müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb
Prezident İlham Əliyev Azərbaycan vətəndaşlarının 2026-cı il oktyabrın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında Sərəncam imzalayıb.Sərəncamla 2008-ci ildə doğulmuş və çağırış gününədək (həmin gün də daxil olmaqla) 18 yaşı tamam olmuş, habelə 1996–2007-ci illərdə doğulmuş, yaşı 30-dək olan, Azərbaycan […]
Bakıda 30, rayonlarda 32 dərəcə isti olacaq
Azərbaycanda sentyabrın 3-də 32 dərəcə isti olacaq. Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 19-21° isti, gündüz 26-30° isti olacaq. Atmosfer təzyiqi 762 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə […]
TƏBİB rəhbəri: İlkin səhiyyə xidmətləri səhiyyə sisteminin əsasını təşkil edir
Erkən diaqnostikanın həyata keçirilməsi həm vətəndaşa, həm ailəyə, həm də dövlətə düşən yükü azaltmış olur. Bunu TƏBİB-in (Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi) icraçı direktoru Anar Bayramov mətbuat konfransında jurnalistlərin suallarını cavablandırarkən deyib. O bildirib ki, bütün inkişaf etmiş ölkələrdə, xüsusən də qabaqcıl səhiyyə sistemlərində ilkin səhiyyə xidmətləri səhiyyə sisteminin əsasını […]
Azərbaycan Prezidenti vyetnamlı həmkarını Müstəqillik Günü münasibətilə təbrik edib
Azərbaycan Prezidenti İlham Əliyev Vyetnam Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş katibi, Vyetnam Sosialist Respublikasının Prezidenti To Lamı Müstəqillik Günü münasibətilə təbrik edib. Mətndə deyilir: “Vyetnam Sosialist Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi-qəlbdən təbrik edir, ən xoş […]
Yeni tədris ili üzrə I sinfə elektron qəbul sabah başa çatacaq
Mayın 6-dan etibarən həyata keçirilən 2026–2027-ci tədris ili üzrə uşaqların I sinfə elektron qəbulu prosesi 3 sentyabr saat 18:00-da başa çatacaq. Bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi (MÜTDA) məlumat yayıb. Qeyd edilib ki, bu günədək 124 mindən artıq uşağın birinci sinfə qəbul prosesi tamamlanıb. Nəzərinizə çatdırırıq ki, […]
ADY və Bakı Metropoliteninin əməliyyat problemlərinə startap həlləri axtarılacaq
“Azərbaycan Dəmir Yolları” QSC (ADY) və “Bakı Metropoliteni” QSC-nin qarşılaşdığı konkret əməliyyat problemlərinin innovativ texnologiyalar və startap həlləri vasitəsilə aradan qaldırılması imkanları araşdırılacaq. Bunu İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin İdarə Heyətinin sədri Fərid Osmanov “Plug and Play × IDDA – Industry Challenges” innovasiya tədbirində çıxışı zamanı bildirib. Onun sözlərinə görə, […]
Azərbaycan neftinin qiyməti 97 dolları ötüb
Dünya bazarında Azərbaycan neftinin qiyməti 97 dolları ötüb. “Azeri Light” markalı Azərbaycan neftinin bir barelinin qiyməti 4,72 ABŞ dolları və ya 5,08% artaraq 97,61 ABŞ dollarına yüksəlib. Bundan əvvəl Azərbaycan nefti 92,89 ABŞ dollarına ticarət edilmişdi. Qeyd edək ki, Azərbaycanın 2026-cı il dövlət büdcəsində bir barel neftin orta qiyməti 65 […]
Xaricdə ali təhsil almış şəxslər üçün peşə tanınması üzrə imtahan keçiriləcək
Sentyabrın 29-da xarici dövlətlərdə ali təhsil almış şəxslər üçün peşə tanınması üzrə imtahan keçiriləcək. Bu barədə DİM-dən məlumat verilib. Bildirilib ki, Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 18 avqust tarixli 2306 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları”na əsasən müəllimlik, mühəndislik və hüquq ixtisasları üzrə […]