Rusiya Silahlı Qüvvələrinin gecə saatlarında Kiyevə hücumu nəticəsində ölənlərin sayı 12-yə yüksəlib. Bu barədə “İnterfaks-Ukrayna” şəhər rəhbəri Vitali Kliçkonun bəyanatına istinadən məlumat yayıb. Həmçinin bildirilir ki, 21 avqust tarixi matəm günü elan ediləcək. “Hazırda Kiyevdə 12 nəfərin öldüyü məlumdur. 21 avqust paytaxta kütləvi hücumun qurbanlarının xatirəsinə Kiyevdə Matəm Günü elan […]
DTX-dən xüsusi əməliyyat: 17 il beynəlxalq axtarışda olan şəxs Azərbaycana gətirilib
Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən davam etdirilən antiterror və əməliyyat-axtarış tədbirləri çərçivəsində 2009-cu ildən beynəlxalq axtarışa verilmiş Ağalarov Namiq Rəşid oğlunun saxlanılaraq Azərbaycana gətirilməsi və istintaqa cəlb olunması təmin edilib.Namiq Ağalarov 2008–2009-cu illərdə Əfqanıstan, Pakistan və digər ölkələrdə qanunsuz silahlı birləşmələrin tərkibində BMT mandatlı Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələrinin şəxsi heyətinə […]
UEFA Konfrans Liqası: “Qarabağ” bu gün Niderlandda “Tvente” ilə qarşılaşacaq
“Qarabağ” UEFA Konfrans Liqasında bu gün növbəti matçına çıxacaq. Ağdam təmsilçisi turnirin pley-off mərhələsinin ilk görüşündə “Tvente” (Niderland) ilə üz-üzə gələcək. Bakı vaxtı ilə saat 22:00-da Enshededəki “Tvente” stadionunda start götürəcək qarşılaşmanı albaniyalı FIFA referisi Yucin Caya idarə edəcək. Qeyd edək ki, komandalar arasında cavab qarşılşaması avqustun 27-də, saat 20:00-da […]
Bu gün Yevlax, Tərtər, Ağdaş, Göyçay, habelə Yasamalın bir sıra ərazilərində işıq olmayacaq
Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması, artan yük tələbatının qarşılanması məqsədilə avqustun 20-də bir sıra rayonlarda bəzi 10 kV-luq hava elektrik verilişi xətlərində təmir işləri aparılacaq. Bu barədə “Azərişıq” ASC məlumat yayıb. Yevlax Elektrik Şəbəkəsinin (EŞ) xidməti ərazisində saat 09:00-dan 12:00-dək şəhərin Nəriman Nərimanov, Həsən bəy Zərdabi, Yeni Yevlax, Qanboy […]
İraq neftin Hörmüz vasitəsilə ixracı üçün İrandan xüsusi şərtlər təqdim etməsini xahiş edib
İraq ölkənin iqtisadi maraqlarını nəzərə alaraq, İrandan Hörmüz boğazı vasitəsilə neft ixracı üçün ona xüsusi şərtlər təqdim etməsini xahiş edib. İraq agentliyinə (INA) istinadən xəbər verir ki, bu barədə İraq parlamentinin spikeri Heybət əl-Halbusinin mətbuat xidmətinin İran parlamentinin rəhbəri Məhəmməd-Baqir Qalibaf ilə görüşünün yekunlarına dair bəyanatında bildirilib. “İkitərəfli münasibətlərin möhkəmləndirilməsi, […]
XİN: Azərbaycan ehtiyac içində olan ölkələrə humanitar dəstək göstərməyə davam edir
Azərbaycan ehtiyac içində olan ölkələrə humanitar dəstək göstərməyə davam edir. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin 19 avqust – Beynəlxalq Humanitar Yardım Günü ilə bağlı “X” hesabında paylaşımında bildirilib. “Azərbaycan beynəlxalq həmrəylik və humanizm prinsiplərini rəhbər tutaraq ehtiyac içində olan insanlara və ölkələrə humanitar dəstək göstərməyə, çətinliklərin aradan qaldırılmasına töhfə […]
Tovuzda iki avtomobil toqquşub, xəsarət alanlar var
Tovuzda yol qəzası baş verib. Hadisə rayonun Əhmədabad kəndi yolunda qeydə alınıb. Hərəkətdə olan iki avtomobil toqquşub. Qəza zamanı 4 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Hadisə yerinə polis əməkdaşları cəlb edilib. Faktla bağlı araşdırma aparılır.
Husilər 50-yə yaxın gəminin Səudiyyə Ərəbistanına giriş-çıxışının qarşısını alıb
Husilər Səudiyyə Ərəbistanına qarşı tətbiq etdikləri blokada çərçivəsində 8 gəmiyə hücum edib, 48 gəminin giriş-çıxışının qarşısını alıb. Bu barədə husilərin sözçüsü bəyanat yayıb. O bildirib ki, bu rəqəmlər iyulun 20-də blokada tətbiq ediləndən sonrakı dövrə aiddir. Belə ki, Ərəb dənizində 34, Qırmızı dənizdə isə 14 gəmi saxlanılıb. Səudiyyə Ərəbistanı və […]
Bakıda və rayonlarda külək güclənəcək
Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə avqustun 20-21-də gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib. Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron yarımadasında, Naxçıvan MR, Cəbrayıl, Naftalan, Füzuli, Qazax, Gəncə, Ağstafa, Şəmkir, Samux, Tovuz, Daşkəsən, Gədəbəy, Mingəçevir, Cəlilabad, Biləsuvar, Goranboy, Göy-göl, Beyləqan, Şirvan, […]
Kiperpolis onlayn kazino şəbəkəsinin rəhbərini Gürcüstanda saxlayaraq Azərbaycana gətirib
Daxili İşlər Nazirliyi (DİN) Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi (KMBİ) tərəfindən internet informasiya resurslarından istifadə etməklə xaricdən idarə edilən onlayn qumar oyunlarının təşkili və əlaqəli qanunsuz əməllər törədən mütəşəkkil dəstənin üzvlərinin saxlanılması istiqamətində həyata keçirilən əməliyyat tədbirləri yekunlaşıb. Bu barədə nazirlikdən məlumat verilib. Bildirilib ki, kiberpolisin Gürcüstan Respublikasında yerli hüquq-mühafizə orqanları […]