İraq neftin Hörmüz vasitəsilə ixracı üçün İrandan xüsusi şərtlər təqdim etməsini xahiş edib

DogruSozTv Az
Oxunma vaxtı:43 Saniyə

İraq ölkənin iqtisadi maraqlarını nəzərə alaraq, İrandan Hörmüz boğazı vasitəsilə neft ixracı üçün ona xüsusi şərtlər təqdim etməsini xahiş edib.

İraq agentliyinə (INA) istinadən xəbər verir ki, bu barədə İraq parlamentinin spikeri Heybət əl-Halbusinin mətbuat xidmətinin İran parlamentinin rəhbəri Məhəmməd-Baqir Qalibaf ilə görüşünün yekunlarına dair bəyanatında bildirilib.

“İkitərəfli münasibətlərin möhkəmləndirilməsi, dostluq komitələrinin fəallaşdırılması və iki ölkə parlamentləri arasında əməkdaşlığın və birgə koordinasiyanın inkişaf etdirilməsi yolları ətrafında müzakirələr aparılıb”, – məlumatda vurğulanıb.

İran parlamentinin spikeri qeyd edib ki, İraq regiondakı vəziyyət və hadisələrdən ən çox zərər çəkən ölkələrdən biridir. O, İraqla İran İslam Respublikasını birləşdirən münasibətlərin xarakterini nəzərə almağa və Hörmüz boğazı vasitəsilə neft ixracında İraqın iqtisadi maraqlarının qorunmasını təmin edəcək şəkildə xüsusi ehtiyatlılıq nümayiş etdirməyə çağırıb.

Qalibaf, öz növbəsində, Tehranın İraqla əməkdaşlığın, ilk növbədə, ticarət və iqtisadi sahələrdə genişləndirilməsində, eləcə də iki ölkə arasında əvvəllər imzalanmış sazişlərin həyata keçirilməsində maraqlı olduğunu təsdiqləyib.

Loading

Next Post

Bu gün Yevlax, Tərtər, Ağdaş, Göyçay, habelə Yasamalın bir sıra ərazilərində işıq olmayacaq

Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması, artan yük tələbatının qarşılanması məqsədilə avqustun 20-də bir sıra rayonlarda bəzi 10 kV-luq hava elektrik verilişi xətlərində təmir işləri aparılacaq. Bu barədə “Azərişıq” ASC məlumat yayıb. Yevlax Elektrik Şəbəkəsinin (EŞ) xidməti ərazisində saat 09:00-dan 12:00-dək şəhərin Nəriman Nərimanov, Həsən bəy Zərdabi, Yeni Yevlax, Qanboy […]