Bakıda və Abşeron yarımadasında avqustun 9-da hava şəraitinin günəşli keçəcəyi gözlənilir. Cənub-şərq küləyi əsəcək. Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, havanın temperaturu gecə 22-26° isti, gündüz 34-39° isti olacaq. Atmosfer təzyiqi 756 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-75 %, gündüz 45-50 % olacaq. Azərbaycanın […]
Cəlilabadda iki həyətyanı sahə və tövlə yanıb
Cəlilabadda yanğın baş verib. APA-nın cənub bürosunun verdiyi xəbərə görə, hadisə rayonun Dostallı kəndində qeydə alınıb. Dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin müvafiq qüvvələri cəlb olunub. Kənd sakinlərinin verdiyi məlumata görə, yanğın elektrik naqillərinin birləşməsi nəticəsində yaranıb. Yanğın zamanı iki həyətyanı sahədə quru ot və bir tövlə yanıb. Faktla bağlı […]
Rusiyanın iki neft emalı zavoduna dron hücumu olub, güclü yanğın başlayıb
Avqustun 8-nə keçən gecə Rusiyanın Krasnodar diyarı və Samara vilayəti dron hücumlarına məruz qalıb. RBC-Ukraine OSINT kanallarına istinadən xəbər verir ki, hücumlar nəticəsində İlsk və Sızran neft emalı zavodlarında yanğın baş verib. Samara vilayətinin qubernatoru Vyaçeslav Fedorişşev vilayətdəki sənaye müəssisələrindən birinin dron hücumuna məruz qaldığını təsdiqləyib. Onun sözlərinə görə, hadisə […]
Xocavənddə traktor minaya düşüb
Xocavənd rayonunda traktor minaya düşüb. Hadisə rayonun Qızılqaya kəndində qeydə alınıb. Məlumata görə, E.Abbasovun idarə etdiyi traktor kənd ərazisində minaya düşüb. Hadisə nəticəsində texnikaya zərər dəysə də, xəsarət alan olmayıb.
Tarixi hadisələri zaman yaradır – Tarixi dönüşləri isə liderlər!
Prezident İlham Əliyevin ABŞ-yə ötən il avqustun 8-9-da gerçəkləşən tarixi səfərinin ildönümüdür. Həmin səfər çərçivəsində qəbul edilən qərarlar, imzalanan Birgə Bəyannamə və aparılan danışıqlar regionda yeni siyasi və iqtisadi reallıqların formalaşması baxımından mühüm əhəmiyyət kəsb edir.Ümumiyyətlə, XXI əsrin geosiyasi reallıqları beynəlxalq münasibətlər sistemində yeni siyasi konfiqurasiyanın formalaşmasına səbəb olur. Böyük […]
“Odissey”i pulsuz izləmək istəyənlərə – Xəbərdarlıq
Dünyaşöhrətli rejissor Kristofer Nolanın böyük maraqla qarşılanan “Odissey” filmi ilə bağlı yeni kibertəhlükə aşkarlanıb. Film hələ rəqəmsal platformalarda yayımlanmasa da, internetdə onun pirat nüsxələri adı altında yayılan saxta faylların istifadəçilərin kompüterlərinə məlumat oğurlayan zərərli proqram yüklədiyi müəyyənləşdirilib. “Bitdefender” kibertəhlükəsizlik şirkətinin araşdırmasına görə, kibercinayətkarlar “Odissey” filminin pirat versiyası görüntüsü yaradan saxta […]
Azərbaycan Gürcüstandakı münaqişənin sülh yolu ilə həllinə tam dəstəyini bir daha təsdiqləyib
Biz Gürcüstandakı münaqişənin beynəlxalq səviyyədə tanınmış sərhədlər çərçivəsində suverenlik və ərazi bütövlüyü prinsiplərinə əsaslanan sülh yolu ilə həllinə tam dəstəyimizi bir daha təsdiqləyirik. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda qeyd olunub. Vurğulanıb ki, Azərbaycan Gürcüstanla strateji tərəfdaşlıq münasibətlərinə və mehriban qonşuluq əlaqələrinə böyük önəm verir: “Ölkəmiz iki dövlət […]
Latın Amerikasında böyük investisiya: ARDNF qlobal enerji bazarında mövqeyini gücləndirir – TƏHLİL
Son illər geosiyasi risklərin artması, enerji bazarlarındakı dəyişkənlik və maliyyə sistemində qeyri-müəyyənliyin dərinləşməsi dünyanın aparıcı suveren fondlarını investisiya strategiyalarına yenidən baxmağa məcbur edib. Ənənəvi istiqraz və səhm portfelləri artıq təkbaşına uzunmüddətli dayanıqlılıq təmin etmir. Buna görə də qlobal investorlar infrastruktur, enerji, daşınmaz əmlak və digər real aktivlərə üstünlük verməyə başlayıblar.Azərbaycan […]
Səfərbərlik Xidmətinin rüşvət almaqda təqsirləndirilən sabiq vəzifəli şəxslərinin məhkəməsi başlayır
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rüşvət almaqda təqsirləndirilən sabiq vəzifəli şəxsləri barəsində cinayət işi məhkəməyə göndərilib. Bu barədə Baş Prokurorluğun mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, xidmətin Ağdaş rayon şöbəsinin rəisi Abbasov Nurlan Səxavət oğlu, həmin şöbənin həqiqi hərbi xidmətə çağırış bölməsinin rəisi Usubəliyev Şahlar Usubalı oğlu […]
Həftəsonu güclü külək əsəcək – XƏBƏRDARLIQ
Milli Hidrometeorologiya Xidməti avqustun 8-9-da bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verib. Xəbərdarlıqda deyilir: “Naxçıvan MR, Cəbrayıl, Goranboy, Naftalan, Daşkəsən, Mingəçevir, Cəlilabad, Biləsuvar, Hacıqabul, Xaçmaz, Siyəzən, Şabran, Qusarda sarı xəbərdarlığa uyğun olaraq cənub-şərq küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək”.