Bakının bir çox ərazisində işıq olmayacaq

Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması və artan yük tələbatının qarşılanması məqsədilə iyulun 28-də paytaxtın bir sıra ərazilərində təmir-təftiş işləri aparılacaq. Bununla bağlı “Azərişıq” ASC məlumat yayıb. Bildirilib ki, görüləcək işlərlə əlaqədar Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) xidməti ərazisində 10:00-dan 13:00-dək Mətbuat prospekti və Ayna Sultanova küçəsinin […]

Berlindəki terror aktı – miqrantlara qarşı yeni təbliğat – ŞƏRH

Almaniyanın paytaxtı Berlində cinsi azlıqların paradına hücum Avropaya miqrasiya məsələsini yenidən gündəmə gətirib. Ötən gün Almaniya polisi Abdul Ballout adlı şəxsi güllələyərək öldürüb. İddiaya əsasən, o, polislərə bıçağabənzər əşya ilə hədə-qorxu gəlib, bundan sonra onlar atəş açıblar. Almaniya Daxili İşlər Nazirliyi (DİN) bildirib ki, mövcud məlumatlara əsasən, hücumun motivi “islam […]

Ombudsman əcnəbi vətəndaşın müraciətini təmin edib

İnsan Hüquqları üzrə Müvəkkilin (Ombudsman) “916” Çağrı Mərkəzinə daxil olmuş müraciət əsasında Milli Preventiv Qrupun üzvləri Dövlət Miqrasiya Xidmətinin Bakı şəhəri Müvəqqəti Yerləşdirmə Mərkəzinə plandankənar başçəkmə həyata keçirib. Bu barədə Ombudsman Aparatından məlumat verilib. Bildirilib ki, başçəkmə zamanı barəsində müraciət edilən əcnəbi vətəndaşın saxlanılmasına dair sənədləşmə araşdırılıb, daha sonra Miqrasiya […]

MEDİA: İranın “Səhər” telekanalı və “Mehr” agentliyinin Azərbaycanda fəaliyyəti qanunsuz hesab edilir

Qarşılıqlılıq prinsipi nəzərə alınaraq İranın “Səhər” telekanalı və “Mehr” xəbər agentliyinin, həmçinin bu subyektlərin nümayəndələrinin Azərbaycanda fəaliyyəti qanunsuz hesab edilir. Bu barədə Medianın İnkişafı Agentliyinin (MEDİA) İranda AzTV-ni “düşmən media qurumları” siyahısına daxil edilməsi ilə bağlı bəyanatında qeyd olunub. Sənəddə bildirilib ki, adıçəkilən media qurumları Azərbaycanın milli maraqlarına zidd fəaliyyət […]

Corcia Meloni: İtaliyada “No TAV” hərəkatının aksiyasında 120 polis əməkdaşı xəsarət alıb

İtaliyanın Val-di-Suza vadisində Turin-Lion yüksəksürətli dəmir yolu xəttinin tikintisinə etiraz edən “No TAV” hərəkatının üzvləri ilə polis arasında tikinti meydançasında baş verən toqquşmalar nəticəsində hüquq-mühafizə orqanlarının 120 əməkdaşı xəsarət alıb. “Report”un İtaliya mediasına istinadən verdiyi məlumata görə, bu barədə ölkənin daxili işlər naziri Matteo Piantedosi ilə birlikdə tikinti meydançasına gələn […]

“Neftçi”nin “Dinamo” ilə oyun üçün Bolqarıstana səfər proqramı müəyyənləşib

“Neftçi”nin UEFA Konfrans Liqasının II təsnifat mərhələsində Belarusun “Dinamo” (Minsk) klubuna qarşı Bolqarıstanda keçiriləcək cavab oyunu üçün səfər proqramı müəyyənləşib. “Ağ-qaralar”ın mətbuat xidmətinin rəhbəri Asəf Zeynallının “Report”a verdiyi məlumata görə, komanda iyulun 29-da, səhər saatlarında Bolqarıstana yola düşəcək. Həmin gün baş məşqçi Yuri Vernidubun iştirakı ilə saat 19:30-da mətbuat konfransı […]

Azərbaycanda startaplar və vençur mühiti ilə bağlı qanun qüvvəyə minib

Prezident İlham Əliyev Milli Məclisin iyulun 14-də qəbul etdiyi Əmək Məcəlləsində, Mülki Məcəllədə, “Valyuta tənzimi haqqında”, “Banklar haqqında”, “İnvestisiya fondları haqqında” və “Qiymətli kağızlar bazarı haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanunu təsdiqləyib. Dəyişikliklə qanunvericiliyə ilk dəfə olaraq İşçilərin pay (səhm) iştirakı planı haqqında müqavilə anlayışı gətirilib. Bu, müəssisə rəhbərliyinin və […]

Sabah külək əsəcək, 41 dərəcə isti olacaq

Azərbaycanda iyulun 28-də 41 dərəcə isti gözlənilir. Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Arabir güclənən şimal-qərb küləyi günün ikinci yarısında mülayim şimal-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 22-25° isti, gündüz 29-33° isti olacaq. Atmosfer təzyiqi 759 mm […]

Zelenski: Rusiyanın neft bazalarına yeni zərbələr endirilib

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya ərazisindəki obyektlərə endirilən uzaqmənzilli zərbələrin Rostov vilayətindəki ixrac terminalını, eləcə də Yaroslavl vilayəti və Udmurtiya Respublikasındakı neft obyektlərini vurmağa imkan verdiyini təsdiqləyib. Bu barədə Ukrayna lideri özünün “Telegram” kanalında məlumat verib. Zelenskinin sözlərinə görə, iyulun 27-nə keçən gecə Ukraynanın uzaqmənzilli vasitələri Rostov vilayətində cəbhə xəttindən […]