Şuşada yağış və çirkab sularının təmizlənməsi qurğusu gələn il istifadəyə veriləcək

Şuşada yağış və çirkab sularının təmizlənməsi qurğusu gələn il istifadəyə veriləcək. Bunu Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) Xankəndiyə təşkil etdiyi mediatur çərçivəsində Regional Su Meliorasiya Xidmətinin İdarə Heyətinin sədr müavini İlham Quliyev jurnalistlərə açıqlamasında deyib. Onun sözlərinə görə, Şuşa şəhərində yağış və tullantı sularının yığılması və təmizlənməsi üçün nəzərdə […]

Azərbaycanda ət istehsalı ilə bağlı hədəflər açıqlanıb

Azərbaycanda ət məhsullarının istehsalının artımının qarşısında duran hədəflərdən, yaxud çağırışlardan biri odur ki, istehsal həm mövcud tələbatı, həm də artan istehlakı qarşılamalıdır. Bunu kənd təsərrüfatı nazirinin müavini Zaur Əliyev “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”na həsr olunmuş […]

Azərbaycanda bəzi qanunlar mopedlərlə bağlı qanunvericiliyə uyğunlaşdırılır

Azərbaycanda “Avtomobil yolları haqqında”, “Dövlət rüsumu haqqında” və “İcbari sığortalar haqqında” qanunların mopedlərlə bağlı qanunvericiliyə uyğunlaşdırılması nəzərdə tutulur. Bu, “Yol hərəkəti haqqında” qanunda dəyişiklik edilməsi barədə” 9 dekabr 2025-ci il tarixli qanunun icrası ilə əlaqədar bəzi qanunlarda dəyişiklik edilməsi haqqında qanun layihəsində öz əksini tapıb. Sənəd Milli Məclisin İqtisadi siyasət, […]

Bakıda Milli Qurtuluş Gününə həsr olunan konsert keçiriləcək

Heydər Əliyev Fondu, Mədəniyyət Nazirliyi və Bakı Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Dənizkənarı Milli Parkda 15 İyun – Milli Qurtuluş Günü münasibətilə bayram konserti keçiriləcək. Ulu Öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışının 33-cü ildönümünə həsr edilən konsert Saat Qülləsinin qarşısında təşkil olunacaq. Tanınmış müğənnilərin və yaradıcı kollektivlərin […]

Doktorantura və dissertanturaya qəbul imtahanının tarixləri müəyyənləşib

Doktoranturaya qəbul olmaq istəyən namizədlər və doktoranturada oxuyan iddiaçıların xarici dillər üzrə imtahana, həmçinin əcnəbilər üçün Azərbaycan dili imtahanına qeydiyyat Mərkəzin saytı vasitəsilə 11-14 iyunda aparılacaq. Bu barədə Dövlət İmtahan Mərkəzi məlumat yayıb. İmtahan qrafikinə əsasən əcnəbi və vətəndaşlığı olmayan iddiaçıların Azərbaycan dili üzrə fəlsəfə doktoru imtahanı bütün bloklar üzrə […]

Azərbaycan nefti 3 dollara yaxın bahalaşıb

Azərbaycan nefti 3 dollara yaxın bahalaşıb Dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 2,72 ABŞ dolları və ya 2,67 % artaraq 104,4 ABŞ dolları təşkil edib. Bu barədə neft bazarındakı mənbə məlumat verib. Hərracların nəticələrinə görə, “Brent” markalı neftin avqust fyuçerslərinin qiyməti 101,24 ABŞ dolları təşkil edib. […]

Küveyt onlara 24 saat vaxt verdi

Küveyt iki iranlı diplomatı “persona non-qrata” elan edib və onlara 24 saat ərzində ölkəni tərk etməyi əmr edib. Bu barədə Əmirliyin Xarici İşlər Nazirliyi sosial şəbəkədə məlumat yayıb. Nazirlik aydınlaşdırıb ki, Küveytin xarici işlər nazirinin müavini İslam Respublikasının müvəqqəti işlər vəkilini çağırıb və ona “İrandan davam edən hücumlarla əlaqədar” rəsmi […]

Azərbaycan və Aİ Tərəfdaşlıq Prioritetləri sənədinin mətnini yekunlaşdırıb

Azərbaycan və Avropa İttifaqı (Aİ) arasında yeni ikitərəfli saziş üzrə danışıqlar rəsmi şəkildə bərpa edilib. Bu barədə Aİ-nin Azərbaycandakı nümayəndəliyinin “X” hesabında məlumat verilib. “Tərəfdaşlığımızın 30 illiyini qeyd etdiyimiz vaxtda Aİ və Azərbaycan Tərəfdaşlıq Prioritetləri sənədinin mətnini ilkin olaraq yekunlaşdırdı və yeni ikitərəfli saziş üzrə danışıqlar rəsmi şəkildə bərpa edildi. […]

Roma Papası İlham Əliyevi təbrik edib

Roma Papası XIV Leo Azərbaycan Prezidenti İlham Əliyevi Müstəqillik Günü münasibətilə təbrik edib.Təbrikdə deyilir: “Zati-aliləri. Milli bayramınız münasibətilə Zati-alinizə və xalqınıza həmrəylik və firavanlıq arzularımı çatdırmaqdan məmnunam. Uca Tanrıya dua edirəm ki, azərbaycanlıları öz cəmiyyətlərini daha da inkişaf etdirməyə ruhlandırsın. Qoy, onlar ümumi rifah uğrunda çalışaraq, hər bir insanın ləyaqətini […]