Bakı metrosu: Avtobus və taksi xidmətləri ilə inteqrasiya daha da gücləndiriləcək

Azərbaycan Respublikası Prezidentinin 7 may 2026-cı il tarixli Fərmanına əsasən, “Bakı Metropoliteni” QSC “BakuBus” MMC və “Bakı Taksi Xidməti” MMC-nin ona qoşulması formasında yenidən təşkil edilir. Bu barədə QSC-dən bildirilib. Qeyd edilib ki, qəbul edilmiş qərar ictimai nəqliyyat sahəsində idarəetmənin daha təkmil şəkildə təşkilinə, xidmətlərin qarşılıqlı inteqrasiyasının gücləndirilməsinə və şəhər […]

Kreml Rusiya MN-in 9 May paradı ilə bağlı Kiyevə xəbərdarlığına ciddi yanaşmağa çağırır

Moskva Rusiya Müdafiə Nazirliyinin 9 mayda Ukraynanın mümkün hücumlarına cavab verməsi barədə xəbərdarlığına mümkün qədər ciddi yanaşmağa çağırır. Rusiya mediasının xəbərinə görə, bu barədə Prezident Vladimir Putinin köməkçisi Yuri Uşakov bildirib. Onun sözlərinə görə, vətəndaşların Kiyevdən təxliyəsini təmin etmək lazımdır. Qeyd edək ki, Rusiya Müdafiə Nazirliyi 9 May paradını pozmağa […]

Avstriyada atışma baş verib, üç nəfər ölüb

Avstriyanın Lints şəhərində restoranın yanında baş verən atışma nəticəsində üç nəfər ölüb. Bu barədə “Kronen Zeitung” nəşri məlumat yayıb. Bildirilib ki, yaşlı kişi iki qadını, daha sonra isə “Lüftner” otelinin yaxınlığındakı restoranın yanında gənc bir qadını güllələyib, bundan sonra isə intihar edib. Hazırda genişmiqyaslı əməliyyat keçirilir.

Azərbaycanda növbəti üç gündə yağıntı intensivləşəcək – XƏBƏRDARLIQ

Bakıda və Abşeron yarımadasında mayın 8-i səhər və gündüz saatlarında arabir yağış yağacağı gözlənilir, yarımadanın bəzi yerlərində isə yağışın qısa müddətə intensivləşəcəyi ehtimal olunur.Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, Azərbaycanın rayonlarında may ayının birinci ongünlüyünün son günlərində hava şəraitinin qeyri-sabit keçəcəyi, fasilələrlə yağıntılı olacağı gözlənilir. Belə ki, […]

Türkiyədə 77 tələbə qidadan zəhərlənmə şübhəsi ilə xəstəxanaya yerləşdirilib

Türkiyənin Çorum vilayətinin Sunqurlu rayonunda tələbə qızların yataqxanasında qalan 77 nəfər qida zəhərlənməsi şübhəsi ilə xəstəxanaya yerləşdirilib. Bu barədə “Haber Global” məlumat yayıb. Qeyd olunub ki, müayinələrdən sonra tələbələrdən 35-i ilkin tibbi yardım göstərilərək evə buraxılıb. Digər tələbələrin müalicəsinin davam etdiyi və səhhətlərinin yaxşı olduğu bildirilib. Faktla bağlı cinayət işi […]

Sabah Sumqayıtın bəzi ərazilərində qaz olmayacaq

Sabah Sumqayıt şəhərinin bəzi ərazilərinin qaz təchizatı müvəqqəti dayandırılacaq. Bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin Sumqayıt Regional Qaz İstismarı İdarəsi məlumat yayıb. Bildirilib ki, aparılacaq təmir işləri ilə əlaqədar saat 10:00-dan işlər yekunlaşanadək Sumqayıt şəhəri Kotec qəsəbəsi, 26-cı məhəllə, Kimyaçılar qəsəbəsi, Xəzər bağları və Bulvar ərazilərinin […]

Vilayət Eyvazov İmişlidə vətəndaş qəbulu və sıra baxışı keçirib

Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov mayın 6-da və 7-də İmişli rayonunda növbəti vətəndaş qəbulu və sıra baxışı keçirib. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, Polis Şöbəsinin inzibati binasında İmişli, Füzuli, Beyləqan, Xocavənd, Saatlı, Sabirabad və Kürdəmir rayonlarından, eləcə də digər bölgələrdən qəbula gələn 264 vətəndaşın müxtəlif […]

Sabah Hacıqabulun 7 kəndində qaz olmayacaq

Sabah Hacıqabul rayonunun 7 kəndinin qaz təchizatı müvəqqəti dayandırılacaq. Bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin Salyan Regional Qaz İstismarı İdarəsi məlumat yayıb. Bildirilib ki, görüləcək təmir işləri ilə əlaqədar saat 10:00-dan etibarən işlər başa çatanadək Hacıqabul rayonu Cəngən, Şorbaçı, Tava, Tağlı, Paşalı-1, Paşalı-2 və Qubalı kəndlərinin […]

Sabah yağış yağacaq, bəzi yerlərdə intensivləşəcək

Azərbaycanda mayın 8-də havanın yağmurlu keçəcəyi gözlənilir. Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, səhər və gündüz saatlarında bəzi yerlərdə yağış yağacağı gözlənilir. Yarımadanın ayrı-ayrı yerlərində qısamüddətli intensivləşəcəyi ehtimalı var. Cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 12-15° isti, gündüz […]

Nazir: Təhsil yalnız bilik vermək deyil, həm də yetişən nəslin dünyagörüşünü formalaşdırmaqdır

Şagirdlərin milli-mənəvi dəyərlər və vətənpərvərlik ruhunda böyüməsi mühüm və məsuliyyətli məsələdir. Bunu elm və təhsil naziri Emin Əmrullayev “Ən yaxşı təqdimat” müsabiqəsinin mükafatlandırılması mərasimində çıxışında deyib. Nazir bildirib ki, hər bir təhsil sisteminin qarşısında duran əsas məqsədlərdən biri yalnız bilik vermək deyil: “Həm də yetişən nəslin dünyagörüşünü formalaşdırmaqdır. Ayrı-ayrı fənlər […]