Nazir: Təhsil yalnız bilik vermək deyil, həm də yetişən nəslin dünyagörüşünü formalaşdırmaqdır

Oxunma vaxtı:45 Saniyə

Şagirdlərin milli-mənəvi dəyərlər və vətənpərvərlik ruhunda böyüməsi mühüm və məsuliyyətli məsələdir.

Bunu elm və təhsil naziri Emin Əmrullayev “Ən yaxşı təqdimat” müsabiqəsinin mükafatlandırılması mərasimində çıxışında deyib.

Nazir bildirib ki, hər bir təhsil sisteminin qarşısında duran əsas məqsədlərdən biri yalnız bilik vermək deyil: “Həm də yetişən nəslin dünyagörüşünü formalaşdırmaqdır. Ayrı-ayrı fənlər üzrə bilik və bacarıqların əldə olunması vacibdir, lakin bundan daha mühüm və məsuliyyətli məsələ şagirdlərin milli-mənəvi dəyərlər və vətənpərvərlik ruhunda böyüməsidir”.

Nazir qeyd edib ki, belə müsabiqələrin ən önəmli tərəfi yalnız qaliblərin müəyyən olunması deyil: “Əslində, bu prosesdə iştirak edən hər bir insan müəyyən mənada qalib sayılır. Çünki burada iştirak etmək, özünü sınamaq, bilik və bacarıqlarını nümayiş etdirmək hər bir iştirakçı üçün mühüm təcrübədir. İnanıram ki, bu müsabiqə iştirakçılara yeni biliklər, yeni təcrübələr qazandırıb, onların şəxsi inkişafına və dünyagörüşünün formalaşmasına müsbət təsir göstərib. Bu baxımdan, müsabiqədə iştirak edən hər kəs öz uğurunu əldə etmiş hesab oluna bilər”.

Loading

Next Post

Sabah yağış yağacaq, bəzi yerlərdə intensivləşəcək

Azərbaycanda mayın 8-də havanın yağmurlu keçəcəyi gözlənilir. Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, səhər və gündüz saatlarında bəzi yerlərdə yağış yağacağı gözlənilir. Yarımadanın ayrı-ayrı yerlərində qısamüddətli intensivləşəcəyi ehtimalı var. Cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 12-15° isti, gündüz […]