Prezident İlham Əliyev İordaniyanın Kralı II Abdullah ibn Al Hüseynə təbrik məktubu ünvanlayıb.Məktubda deyilir: “İordaniya Haşimilər Krallığının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edir və ən xoş arzularımı çatdırıram. Bu bayram günündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, […]
Azərbaycanda apreldə əlilliyə görə sosial ödəniş alanların sayı açıqlanıb
Bu ilin aprel ayında Azərbaycanda əlilliyə görə 248 min 9 nəfər şəxs pensiya alıb. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna (DSMF) məlumat yayıb. Məlumata görə, 225 448 nəfər şəxs aylıq müavinət, 92 750 nəfər şəxs isə Prezident təqaüdü alıb.
İyunda bu bürclərin yeni şansları olacaq
İyun ayı bəzi bürclər üçün uğur, yeni imkanlar və gözlənilməz dəyişikliklərlə yadda qalacaq. Astroloqların fikrincə, xüsusilə karyera, sevgi və maliyyə sahəsində bir neçə bürc üçün şanslı dövr başlayır. Əkizlər bürcü üçün iyun ayı yeni tanışlıqlar və iş imkanları ilə seçiləcək. Uzun müddətdir planlaşdırılan layihələrin həyata keçməsi mümkün görünür. Maddi baxımdan […]
Cəbrayılın Şükürbəyli kəndinə növbəti köç karvanları yola salınıb
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad olunmuş ərazilərə Böyük Qayıdış davam etdirilir. Cəbrayıl rayonun Şükürbəyli kəndinə köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir. Bu mərhələdə Şükürbəyli kəndinə 119 ailə – 535 nəfər köçürülüb. Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə […]
Emin Əmrullayev Tacikistanın təhsil və elm naziri ilə görüşüb
Mayın 23-də elm və təhsil naziri Emin Əmrullayev Tacikistan Respublikasının təhsil və elm naziri Rahim Saidzoda ilə görüşüb. Bu barədə Elm və Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, görüş çərçivəsində Tacikistan Respublikası ilə elm və təhsil sahəsində cari əməkdaşlıq və yaxın gələcəkdə icrası nəzərdə tutulan təşəbbüslər müzakirə edilib.
WUF13 – Azərbaycanın çoxtərəfli əməkdaşlığa və qlobal həmrəyliyə növbəti tarixi töhfəsi – ŞƏRH
2026-cı ilin 17-22 may tarixlərində Bakı Ümumdünya Şəhərsalma Forumuna (WUF13) ev sahibliyi etdi. COP29 kimi mötəbər tədbirdən sonra belə irimiqyaslı forumun məhz Azərbaycanda təşkil edilməsi göstərir ki, ölkəmiz artıq qlobal təşəbbüslərin ön sıralarında mövqeyini və etibarlı tərəfdaş imicini möhkəmləndirib. Bu Forum eyni zamanda Azərbaycana imkan verdi ki, şəhərlərin gələcək inkişaf […]
Azərbaycan və Qazaxıstan arasında hərbi təhsil sahəsində islahatlar müzakirə edilib
Qazaxıstan Milli Müdafiə Universitetinin rəisi general-mayor Baurjan Abjanovun rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana səfər edib. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Bildirilib ki, Milli Müdafiə Universitetinin (MMU) rektoru general-mayor Gündüz Əbdülov nümayəndə heyəti ilə görüşüb. Görüşdə Qazaxıstan nümayəndə heyətinə universitetin yaranma tarixi, təhsil sistemi və əsas fəaliyyət istiqamətləri barədə brifinq […]
İlham Əliyev WUF13-ün bütün iştirakçılarını uğurlu və nəticəyönümlü tədbir münasibətilə təbrik edib
Azərbaycan Prezidenti İlham Əliyev Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) bütün iştirakçılarını uğurlu və nəticəyönümlü tədbir münasibətilə təbrik edib. Bu bu barədə Prezident İlham Əliyevin “X” hesabında edilən paylaşımda qeyd olunub. “Azərbaycan daha bir mühüm qlobal tədbirə – WUF13-ə ev sahibliyi etmək şərəfinə nail oldu. Bu, COP29-dan sonra ölkədə keçirilmiş […]
Qubada yol ÇÖKDÜ – 3 kəndin rayonla əlaqəsi KƏSİLDİ – FOTO
Son iki gündə bölgəyə yağan güclü leysan yağışları Qubada yol təsərrüfatına ciddi ziyan vurub. Quba–Tüləkəran yolunun 12-ci kilometrində yolun çökməsi nəticəsində Yuxarı Tüləkəran, Aşağı Tüləkəran və Tülər kəndlərinin rayon mərkəzi ilə nəqliyyat əlaqəsi müvəqqəti olaraq kəsilib. Quba Fövqəladə Hallar Komissiyasının sədri, İcra Hakimiyyəti başçısının birinci müavini Tariyel İbrahimov saytımıza bildirib […]
Çində kömür mədənində ölənlərin sayı 80 nəfəri ötüb – YENİLƏNİB
Çinin şimalında yerləşən Şansi əyalətinin Tsinyuan qəzasındakı kömür mədənində baş verən qəza nəticəsində həlak olanların sayı 82 nəfərə yüksəlib. Bu barədə “Xinhua” agentliyi məlumat yayıb. Çinin Şansi əyalətində yerləşən kömür mədənində qaz partlayışı baş verib. Bizim.Media xəbər verir ki, bu barədə əyalətin fövqəladə halların idarə olunması qərargahı məlumat yayıb. Qaz […]