Lukaşenko Azərbaycan Prezidentinə təbrik ünvanlayıb

Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.Məktubda deyilir: “Hörmətli İlham Heydər oğlu. Sizi doğum gününüz münasibətilə səmimi-qəlbdən təbrik edirəm. Əminəm ki, bu il Siz bayramınızı xüsusi əhvali-ruhiyyə ilə qarşılayırsınız. Sizin siyasi müdrikliyiniz və möhkəm iradəniz sayəsində Azərbaycan Respublikası qarşıya qoyulmuş məqsədlərə nail olaraq beynəlxalq […]

Abşeron rayonunda yolların təmirinə 1.4 milyon manat ayrılıb

Prezident İlham Əliyev Abşeron rayonu ərazisində avtomobil yollarının əsaslı təmiri ilə bağlı əlavə tədbirlər haqqında Sərəncam imzalayıb.Sərəncamda deyilir: “Abşeron rayonunun Hökməli və Qobu qəsəbələri ərazisində avtomobil yollarının əsaslı təmiri məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 10 yanvar tarixli 445 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsində […]

Milli Məclisdə Amnistiya aktının müzakirəsi başlayıb

Parlamentdə “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Milli Məclisin qərar layihəsinin müzakirəsi başlayıb. Plenar iclasda qeyd olunub ki, Azərbaycan suverenliyinin bərpasının, Konstitusiyanın ali hüquqi qüvvəsinin ölkənin bütün ərazilərində bərqərar olunmasının xalqımızın ən böyük tarixi qələbəsi olduğunu nəzərə alaraq, humanizm və mərhəmət ənənələrinə sadiq qalaraq, cəzadan azad etmənin […]

Spiker: Avropa Parlamenti qərəzli praktikasını davam etdirib

Avropa Parlamenti Azərbaycana qarşı beynəlxalq hüquq prinsiplərinə zidd olan qeyri-obyektiv və qərəzli praktikasını davam etdirib. Bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin sədri Sahibə Qafarova deyib. “Biz əminik ki, dayanıqlı inkişaf, insan hüquq və azadlıqlarının müdafiəsi yalnız milli hüquq çərçivəsində, suverenlik prinsiplərinə ciddi əməl olunması şəraitində təmin edilə bilər. […]

Milli Məclis Avropa Parlamenti ilə bağlı Bəyanat qəbul edəcək

Milli Məclisin iclasının gündəliyi dəyişib, Avropa Parlamenti ilə bağlı Bəyanat qəbul ediləcək. Bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin sədri Sahibə Qafarova deyib. İclasın gündəliyinə “Azərbaycan Respublikası Milli Məclisinin Bəyanatının təsdiq edilməsi haqqında” məsələ daxil edilib. Qeyd edilib ki, Bəyanat Avropa Parlamentində dünən keçirilən dinləmə və qəbul edilən saxta […]

Prezident Həkimləri Təkmilləşdirmə İnstitutunun 90 illiyinə həsr olunmuş beynəlxalq konqresin iştirakçılarına müraciət edib

Prezident İlham Əliyev Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun 90 illiyinə həsr olunmuş beynəlxalq elmi-praktiki konqresin iştirakçılarına müraciət edib. Müraciətdə deyilir: “Hörmətli konqres iştirakçıları! Sizi Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun 90 illik yubileyinə həsr olunmuş beynəlxalq elmi-praktiki konqresin öz işinə başlaması münasibətilə salamlayır, hər birinizə […]

Azərbaycan neftinin qiyməti artıb

Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan nefti bahalaşıb. Azərbaycan neftinin 1 barelə olan qiyməti 0,47 ABŞ dolları və ya 0,74% artaraq 63,87 ABŞ dollarına bərabər olub. Qeyd edək ki, Azərbaycan neftinin əvvəlki qiyməti 63,4 ABŞ dolları təşkil edib. Xatırladaq ki, Azərbaycanın builki dövlət büdcəsində “Azeri Light” markalı Azərbaycan neftinin […]

ABŞ “green card”la ölkəyə gəlişi dayandırır

“Braun Universitetində baş verən atışmada şübhəli bilinən şəxsin ölkəyə “green card” (yaşıl kart) lotereyası proqramı vasitəsilə daxil olması ilə əlaqədar ABŞ bu proqramı dayandırır. Bu barədə ABŞ daxili təhlükəsizlik naziri Kristi Noem “X” sosial şəbəkəsində bildirib. “Prezident Trampın göstərişi ilə mən dərhal USCIS-ə (ABŞ Vətəndaşlıq və İmmiqrasiya Xidməti) DV1 proqramlarını […]

Masazırın bəzi ərazilərində elektrik enerjisi olmayacaq

Masazırın bəzi ərazilərində bu gün elektrik enerjisinin verilişində fasilə olacaq. Abşeron Rayon Enerji Təchizatı və Satışı İdarəsi (RETSİ) ərazisində yerləşən 110/35/10 kV-luq yarımstansiyasının 10 kV-luq bölməsində təmir işləri aparılacaq. Məlumata görə, qeyd olunanlarla əlaqədar olaraq 19 dekabr tarixində saat 10:00-dan saat 15:00-dək Masazır qəsəbəsi Əliağa Vahid, Zərifə Əliyeva, Rəşad Hüseynov, […]