Paytaxtdakı yanğın zamanı 6 nəfər xəsarət alıb – TƏBİB açıqladı

Bakıda obyektdə baş verən yanğın zamanı 6 nəfər tüstüdən zəhərlənib. Bu barədə TƏBİB-dən məlumat verilib. Qeyd olunub ki, bu gün saat 11:35 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə çağırış qeydə alınıb. Çağırış ünvanına 4 təcili tibbi yardım briqadası cəlb olunub. Təcili tibbi yardım briqadası tərəfindən 2 kişi Kliniki […]

Azərbaycan Kot-d’İvuarı Müstəqillik Günü münasibətilə təbrik edib

Azərbaycanın Xarici İşlər Nazirliyi (XIN) Kot-d’İvuar hökumətini və xalqını Müstəqillik Günü münasibətilə təbrik edib. Müvafiq təbrik Azərbaycan XIN-in “X” sosial şəbəkəsindəki rəsmi səhifəsində paylaşılıb. “Müstəqillik Günü münasibətilə Kot-d’İvuar Respublikasının hökumətinə və xalqına ən səmimi təbriklərimizi çatdırırıq. Müstəqillik Gününüz mübarək!”, – Azərbaycan XİN-in paylaşımında qeyd olunub.

Azərbaycanın Malayziyada yeni səfiri təyin olunub

İrfan Şakir oğlu Davudov Azərbaycanın Malayziyada, eyni zamanda Bruney Darüssalamda fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb. Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb. Qeyd edək ki, İrfan Davudov 2021-ci il iyulun 23-də Azərbaycanın Malayziyada səfiri təyin olunub. Prezidentin digər sərəncamı ilə həmin vəzifəyə Xəzər Nadir oğlu Fərhadov təyin edilib.

Tramp: İran razılaşma əldə etmək istəyir

ABŞ Prezidenti Donald Tramp İranın Vaşinqtonla razılaşma əldə etmək istədiyini bildirib. Tramp bugünkü müsahibəsində bu məsələyə toxunub. Onun sözlərinə görə, Tehran yeni zərbələrə məruz qalmaq istəmir. “Onlar razılaşma əldə etmək istəyirlər. Baxın, aydındır ki, zərbə almaq istəmirlər. Onlar razılaşma istəyirlər. Görək necə olacaq”, – ABŞ Prezidenti vurğulayıb. Qeyd edək ki, […]

ARDNF Perunun “Inkia Energy” şirkətinə investisiya edib

Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) qlobal infrastruktur investisiyaları üzrə dünyanın aparıcı şirkətlərindən biri olan “I Squared Capital” (“I Squared”) ilə tərəfdaşlıq çərçivəsində Perunun ən böyük müstəqil elektrik enerjisi istehsalçısı olan “Inkia Energy” şirkətinə investisiya edib. Bu barədə ARDNF-dən məlumat verilib. 2026-cı ilin fevral ayında Kanadanın pensiya fondu olan “Canada […]

Zərdabda qəsdən yanğın törətməkdə şübhəli bilinən şəxs saxlanılıb

Zərdab rayonunun Hüseynxanlı kəndi ərazisində qəsdən yanğın hadisəsi törədən şəxs polis əməkdaşları tərəfindən müəyyən edilib. Araşdırmalarla yanğının kənd sakini Ə.Quliyev tərəfindən törədildiyi məlum olub. Hadisə nəticəsində 1 hektara yaxın ərazidə quru otlaq sahəsi yanıb. Əməli törədən şəxs barəsində hüquqi məsuliyyət tədbirləri görülüb.

Azərbaycanda 10 min manatlıq əməkhaqqı ilə işçi axtarılır

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) “Əmək və Məşğulluq” altsistemində (ƏMAS) hazırda müxtəlif işəgötürənlər tərəfindən təqdim olunan 65 mindən çox aktiv vakansiya mövcuddur. Bu barədə ƏƏSMN məlumat yayıb. Qeyd olunan vakansiyalar üzrə ən yüksək əməkhaqqı 10 000 manat, ən aşağı əməkhaqqı isə 400 manat təşkil edir. “İşsiz və ya […]

Paşinyan: Avrasiya İqtisadi İttifaqının əsas prinsipləri praktikada tam həyata keçirilmir

Avrasiya İqtisadi İttifaqının (Aİİ) əsas prinsiplərindən biri malların, xidmətlərin, kapitalın və işçi qüvvəsinin sərbəst hərəkətinin təmin edilməsidir, lakin praktikada bu prinsiplər tam şəkildə həyata keçirilmir. Bunu ölkənin Baş naziri Nikol Paşinyan Qırğızıstanda Avrasiya Hökumətlərarası Şurasının iclasında bildirib. “Ermənistan üçün Aİİ dövlətləri ilə əməkdaşlığın gücləndirilməsi xarici siyasət və xarici iqtisadi prioritetlərdən […]

Ceyranbatanda 1500 abonentin qazı kəsiləcək

Sumqayıt şəhəri Ceyranbatan qəsəbəsinin qaz təchizatında fasilə yaranacaq. “Azəriqaz” İB Sumqayıt QİS-dən yerli bürosuna verilən məlumata görə, d57 mm-lik qaz xəttində sızmaların ləğv edilməsi ilə əlaqədar qəsəbə ərazisində bu gün saat 11:00-dan etibarən təmir işləri həyata keçiriləcək. Bununla əlaqədar qəsəbədəki 1500 abonentin qaz təchizatı müvəqqəti dayandırılacaq. İşlər yekunlaşdıqdan sonra qazın […]

Beyləqanda bir nəfər suda boğulub

Beyləqanda bir nəfər suda boğulub. Ötən gün rayon sakini Amin Əhmədov Birinci Şahsevən kəndi ərazisindən keçən “Yeni Xan Qızı” adlı beton kanalda çimərkən suda boğularaq ölüb. Amin Əhmədovun meyitinin tapılması üçün axtarışlar davam etdirilir. Fakt üzrə Beyləqan rayon prokurorluğunda araşdırma aparılır.