Bu ayın əvvəlindən Kamboca və Tailand arasındakı kəskinləşən sərhəd münaqişəsi 12 kambocalının ölümünə, daha 74 nəfərin yaralanmasına səbəb olub. Bu barədə Kambocanın informasiya naziri Net Pheaktra bəyan edib. Bildirilib ki, 400 mindən çox sakin evlərini tərk etməyə məcbur olub. Bəyanatda qeyd edilib ki, Tailand ordusu qırıcıları daxil olmaqla ağır silahlardan […]
Cəbrayıl rayonunun Horovlu kəndinə növbəti köç karvanı yola salınıb
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir. Bu gün Cəbrayıl rayonunun Horovlu kəndinə növbəti köç karvanı yola salınıb. Köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir. Bu mərhələdə Cəbrayıl rayonunun Horovlu kəndinə 22 ailə (85 nəfər) o […]
Rusiya Ukraynanın energetika obyektlərinə hücum edib, bir milyondan çox abonent işıqsız qalıb
Rusiyanın gecə saatlarında Ukraynanın energetika infrastrukturlarına raket və pilotsuz uçuş aparatları ilə endirdiyi zərbələr nəticəsində bir milyondan çox abonent elektrik enerjisiz qalıb. Bu barədə Ukraynanın daxili işlər naziri İqor Klimenko “Telegram” kanalında məlumat verib. Nazirin sözlərinə görə, hücumlar Dnepropetrovsk, Kirovoqrad, Nikolayev, Odessa və Çerniqov vilayətlərini əhatə edib. Hadisə nəticəsində azı […]
Ərdoğan: Aİ-yə üzvlük məsələsində Türkiyəni yubatma prosesi hələ də davam edir
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyənin Avropa İttifaqına üzvlük prosesində üzləşdiyi maneələrdən danışıb. O bildirib ki, Türkiyə artıq 50 ildir bu prosesin tamamlanmasını gözləyir, lakin bu müddət ərzində müxtəlif bəhanələrlə davamlı şəkildə yubatmalarla qarşılaşıb. “50 ili geridə qoyduq. Təəssüf ki, bizi söz oyunları ilə məşğul etdilər və bu yubatma prosesi […]
Rəşad Nəbiyev “NVIDIA” şirkətinin vitse-prezidenti ilə görüşüb
“ABŞ-yə səfər çərçivəsində “NVIDIA” şirkətinin qlobal süni intellekt təşəbbüsləri üzrə vitse-prezidenti Kalista Redmond ilə görüşdük”. Bunu Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev “X” hesabında paylaşımında qeyd edib. O, görüş zamanı Azərbaycan və “NVIDIA” arasında əməkdaşlıq çərçivəsində suveren milli süni intellekt platformalarının qurulması və yüksək hesablama gücünə əsaslanan dövlət […]
Köməkçi vasitələrlə qəbul imtahanına daxil olan abituriyentlərin məsələsinə münasibət bildirilib
“Köməkçi vasitələrlə qəbul imtahanına daxil olan abituriyentlər müsabiqəyə buraxılmayıblar”. Bu barədə APA-nın sorğusuna cavab olaraq Dövlət İmtahan Mərkəzindən məlumat verib. Həmin şəxslərin əməlləri üzə çıxıb materiallar istintaqa təqdim olunub Bildirilib ki, həmin abituriyentlərin cavabları DİM-in imtahan nəticələrinin emalı ilə bağlı xüsusi yoxlama alqoritmlərinə əsasən şübhə yaratdığı üçün ümumiyyətlə elan edilməyib […]
Sabah Bakıya sulu qar yağacaq – Xəbərdarlıq
Bakıda və Abşeron yarımadasında dekabrın14-ü günün birinci yarısında hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir. Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Gecə və səhər bəzi şəhərətrafı ərazilərdə qısa müddətə yağışın sulu qarla qarışıq yağacağı ehtimalı var. Havanın temperaturu ötən günlərlə müqayisədə 5-7 dərəcə aşağı enəcək.
Elçin Əmirbəyov Polşada işgüzar səfərdə olub
Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov Polşa Respublikasına işgüzar səfər edib. Səfər çərçivəsində Elçin Əmirbəyov Polşanın Baş nazirinin ofisində Xarici Məsələlər Departamentinin müdiri Malqojata Latkieviç-Pavlak, Polşa Prezidentinin müşaviri Radoslav Qruk, Senatın Xarici İşlər Komissiyasının sədri Qjeqoj Sxetına, Prezident Ofisində Təhlükəsizlik məsələləri idarəsinin direktor müavini, briqada generalı Andjey […]
KİV: ABŞ Ukraynaya təhlükəsizlik təminatları təqdim etməyə hazırdır
ABŞ prezidenti Donald Trampın administrasiyası Ukraynaya NATO-nun 5-ci maddəsinə əsaslanan, hüquqi baxımdan məcburi təhlükəsizlik təminatları təqdim etməyə hazırdır. Bu barədə “Axios”a yüksək vəzifəli amerikalı rəsmi şəxs bildirib. Onun sözlərinə görə, müvafiq saziş ABŞ Konqresinin səsverməsinə çıxarılacaq. Qeyd edilib ki, Vaşinqton Kiyevə “boş çek” deyil, güclü və real təhlükəsizlik təminatı təklif […]
Azərbaycan nefti cüzi bahalaşıb
Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan nefti cüzi bahalaşıb. Azərbaycan neftinin 1 barelə olan qiyməti 0,07 ABŞ dolları artaraq 64,43 ABŞ dollarına bərabər olub. Qeyd edək ki, Azərbaycan neftinin əvvəlki qiyməti 64,36 ABŞ dolları təşkil edib. Xatırladaq ki, Azərbaycanın builki dövlət büdcəsində “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin […]