Sabah güclü külək əsəcək – XƏBƏRDARLIQ

Sabah Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə güclü külək əsəcək. Bu barədə Milli Hidrometeorologiya Xidməti sarı xəbərdarlıq yayıb. Qeyd olunub ki, Bakıda və Abşeron yarımadasında sarı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi, Naxçıvan MR, Goranboy, Daşkəsən, Naftalan, Qobustan, Qusar, Xaçmaz, Siyəzən, Şabran, Xızı, Yevlax, Bərdə, Mingəçevir, Cəlilabad, Biləsuvar, Neftçala, […]

Sosial şəbəkələrdə yaş məhdudiyyəti tələbinin pozulmasına görə cərimələr müəyyənləşib

Azərbaycanda yaş məhdudiyyəti tətbiq edilən sosial şəbəkə platformalarının fəaliyyəti ilə bağlı tələblərin pozulmasına görə cərimələr müəyyənləşib. Bununla bağlı Prezident İlham Əliyev İnzibati Xətalar Məcəlləsində, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” və “Uşaqların zərərli informasiyadan qorunması haqqında” qanunlarda edilmiş dəyişiklikləri imzalayıb. Sənədə əsasən, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanunun 13-4.13-cü […]

Çin ABŞ-yə qarşı sanksiyalar tətbiq edib və ixrac məhdudiyyətlərini sərtləşdirib

Çin ABŞ-yə qarşı əks-sanksiyalar tətbiq edib və dronların tədarük zəncirinə dair ixrac məhdudiyyətlərini sərtləşdirib. Bu barədə “South China Morning Post” qəzeti Çinin Kommersiya Nazirliyinin bəyanatına istinadən məlumat yayıb. Bəyanata əsasən, “dronların, onların əsas komponentlərinin və onlarla əlaqəli texnologiyaların” ABŞ-yə ixracı bundan sonra “hər bir ayrı halda ciddi yoxlamadan” keçəcək. Tədbirlər […]

Dövlət mülkiyyətində olan əsas vəsaitlərin verilməsi qaydası dəyişib

Prezident İlham Əliyev “Azərbaycan Respublikasında dövlət əmlakının idarə edilməsinin təkmilləşdirilməsi üzrə Dövlət Proqramı”na dəyişikliyi təsdiqləyib. Bununla bağlı dövlət başçısı yeni fərman imzalayıb. Bu dəyişikliklə dövlət mülkiyyətində olan və vahidinin ilkin dəyəri 5 min manatdan yuxarı olan əsas vəsaitlərin ayrı-ayrı dövlət orqanları və dövlət mülkiyyətində olan hüquqi şəxslər arasında bir-birinə verilməsi […]

Sabah Bakıda yağış yağacaq, güclü külək əsəcək

Bakıda və Abşeron yarımadasında avqustun 6-da hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, lakin səhər bəzi yerlərdə qısamüddətli az yağış yağacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi arabir güclənəcək. Havanın temperaturu gecə 22-25° isti, gündüz 29-32° isti olacaq. Atmosfer təzyiqi 759 mm civə […]

Rusiya Kiyevə hücumda kasetli döyüş sursatlarından istifadə edib

Avqustun 5-nə keçən gecə Rusiyanın Kiyevə kütləvi hücumu nəticəsində “Novaya poçta” şirkətinin çeşidləmə mərkəzi məhv edilib. Bu barədə şirkətin mətbuat xidməti məlumat yayıb. “Novaya poçta”nın məlumatına görə, zərbə nəticəsində 3 nəfər ölüb. Şirkətdən bildirilib ki, hücum kasetli döyüş sursatlarından istifadə edilməklə həyata keçirilib. Hazırda mütəxəssislər zərbənin nəticələrini qiymətləndirirlər.

Yol polisi ara məsafəsinin qorunması ilə bağlı sürücülərə müraciət edib

Baş Dövlət Yol Polisi İdarəsi ara məsafəsinin qorunması ilə bağlı sürücülərə müraciət edib.Qurumdan verilən məlumata görə, təhlillərə əsasən, yol-nəqliyyat hadisələrinin baş verməsinə səbəb olan əsas amillərdən biri də hərəkət zamanı təhlükəsiz ara məsafəsinin qorunmaması olub. Bildirilib ki, bu cür qayda pozuntusu xüsusilə magistral avtomobil yollarında yüksək sürətlə hərəkət zamanı, eləcə […]

Ağcabədidə iki avtomobil toqquşub, xəsarət alanlar var

Ağcabədi rayonunda baş verən avtomobil qəzası nəticəsində xəsarət alanlar var. “Report”un Qarabağ bürosunun əldə etdiyi məlumata görə, hadisə Ağdam-Ağcabədi yolunun Ağcabədi rayonu Hindarx qəsəbəsi ərazisindən keçən hissəsndə qeydə alınıb. “VAZ-2107” və “Toyota” markalı minik avtomobillərinin toqquşması nəticəsində hər iki maşının sürücüsü, həmçinin bir neçə sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri alıb. […]

Azərbaycan nefti 5 dollardan çox ucuzlaşıb

Dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 5,05 ABŞ dolları və ya 5,22 % azalaraq 91,68 ABŞ dolları təşkil edib. Bu barədə neft bazarındakı mənbə məlumat verib. Hərracların nəticələrinə görə, “Brent” markalı neftin sentyabr fyuçerslərinin qiyməti 85,96 ABŞ dolları təşkil edib. Türkiyənin Ceyhan limanında FOB bazasında “Azeri […]

UEFA Çempionlar Liqası: “Sabah” Danimarkada “Orhus”la qarşılaşacaq

“Sabah” klubu UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk görüşləri çərçivəsində bu gün Danimarkada “Orhus”la qarşılaşacaq. Görüş Bakı vaxtı ilə saat 20:30-da Ranners stadionunda start götürəcək. Oyunu sloveniyalı FIFA referisi Rade Obrenoviç idarə edəcək. Xatırladaq ki, komandalar arasında cavab matçı avqustun 11-də, saat 20:00-da Masazırdakı “Bank Respublika Arena”da təşkil olunacaq.