Ağcabədidə iki avtomobil toqquşub, xəsarət alanlar var

Oxunma vaxtı:21 Saniyə

Ağcabədi rayonunda baş verən avtomobil qəzası nəticəsində xəsarət alanlar var.

“Report”un Qarabağ bürosunun əldə etdiyi məlumata görə, hadisə Ağdam-Ağcabədi yolunun Ağcabədi rayonu Hindarx qəsəbəsi ərazisindən keçən hissəsndə qeydə alınıb.

“VAZ-2107” və “Toyota” markalı minik avtomobillərinin toqquşması nəticəsində hər iki maşının sürücüsü, həmçinin bir neçə sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Onlar təcili tibbi yardım briqadalarının köməyi ilə Ağcabədi Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.

Loading

Next Post

Yol polisi ara məsafəsinin qorunması ilə bağlı sürücülərə müraciət edib

Baş Dövlət Yol Polisi İdarəsi ara məsafəsinin qorunması ilə bağlı sürücülərə müraciət edib.Qurumdan verilən məlumata görə, təhlillərə əsasən, yol-nəqliyyat hadisələrinin baş verməsinə səbəb olan əsas amillərdən biri də hərəkət zamanı təhlükəsiz ara məsafəsinin qorunmaması olub. Bildirilib ki, bu cür qayda pozuntusu xüsusilə magistral avtomobil yollarında yüksək sürətlə hərəkət zamanı, eləcə […]