Çin ABŞ-yə qarşı sanksiyalar tətbiq edib və ixrac məhdudiyyətlərini sərtləşdirib

DogruSozTv Az
Oxunma vaxtı:34 Saniyə

Çin ABŞ-yə qarşı əks-sanksiyalar tətbiq edib və dronların tədarük zəncirinə dair ixrac məhdudiyyətlərini sərtləşdirib.

Bu barədə “South China Morning Post” qəzeti Çinin Kommersiya Nazirliyinin bəyanatına istinadən məlumat yayıb.

Bəyanata əsasən, “dronların, onların əsas komponentlərinin və onlarla əlaqəli texnologiyaların” ABŞ-yə ixracı bundan sonra “hər bir ayrı halda ciddi yoxlamadan” keçəcək. Tədbirlər dərhal qüvvəyə minir.

Nazirlikdən bildiriblər ki, bunlar “milli təhlükəsizliyin qorunması və Çinin yayılmama sahəsindəki beynəlxalq öhdəliklərinin yerinə yetirilməsi” üçün zəruridir.

Elə həmin gün Kommersiya Nazirliyi altı Amerika təşkilatını əks-tədbirlər siyahısına daxil edərək Çin təşkilatlarına və fiziki şəxslərinə onlarla əməkdaşlıq etməyi qadağan edib. Qurum bu strukturları ABŞ-nin Çinə qarşı sanksiyalarına dəstək verməkdə günahlandırıb və onların hərəkətlərini “hiddətdoğurucu” adlandırıb.

Loading

Average Rating

5 Star
0%
4 Star
0%
3 Star
0%
2 Star
0%
1 Star
0%

Bir cavab yazın

Next Post

Sosial şəbəkələrdə yaş məhdudiyyəti tələbinin pozulmasına görə cərimələr müəyyənləşib

Azərbaycanda yaş məhdudiyyəti tətbiq edilən sosial şəbəkə platformalarının fəaliyyəti ilə bağlı tələblərin pozulmasına görə cərimələr müəyyənləşib. Bununla bağlı Prezident İlham Əliyev İnzibati Xətalar Məcəlləsində, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” və “Uşaqların zərərli informasiyadan qorunması haqqında” qanunlarda edilmiş dəyişiklikləri imzalayıb. Sənədə əsasən, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanunun 13-4.13-cü […]