Bakıda və Abşeron yarımadasında avqustun 13-də hava şəraiti dəyişkən buludlu olacaq, əsasən yağmursuz keçəcək. Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 23-26° isti, gündüz 31-36° isti olacaq. Atmosfer təzyiqi 757 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət […]
Blokadadan qlobal logistika mərkəzinə – Naxçıvanın geosiyasi çəkisi artır – ŞƏRH
Azərbaycan Prezidenti İlham Əliyevin Naxçıvana səfəri zamanı iştirak etdiyi tədbirlər və verdiyi müsahibə muxtar respublikanın qarşıdakı dövrdə artacaq strateji əhəmiyyətinə bir daha diqqət yönəldib. Ölkə başçısının nəqliyyat, enerji və təhlükəsizlik məsələlərinə dair fikirləri göstərir ki, Naxçıvanın coğrafi mövqeyinin siyasi və iqtisadi dəyəri yeni regional reallıqlar fonunda ciddi şəkildə artır. Bu […]
Azərbaycanın İsveçdəki səfiri dəyişdirilib
Zaur Rəşid oğlu Əhmədov Azərbaycanın İsveç Krallığında, eyni zamanda Danimarka Krallığında, Finlandiya Respublikasında və Norveç Krallığında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb. Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb. Dövlət başçısının digər Sərəncamı ilə Elnur İxtiyar oğlu Sultanov Azərbaycanın İsveç Krallığında fövqəladə və səlahiyyətli səfiri təyin edilib. Qeyd edək […]
Azərbaycanda işsiz şəxslərin sayı açıqlanıb
Bu il iyulun 1-nə Azərbaycanda 248,5 min nəfər işsiz kimi qeydiyyatda olub. Bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) yarım illik “Pul Siyasəti İcmalı”nda bildirilir. Sənədə əsasən, bu, yanvarın 1-i ilə müqayisədə 3,6 % çoxdur. Son 1 ildə isə ölkədə rəsmi işsizlərin sayı 8,5 % artıb.
Zakir Həsənov Naxçıvanda yerləşən hərbi hissələrdə olub
Müdafiə Nazirliyinin rəhbər heyəti Naxçıvanda yerləşən Əlahiddə Ümumqoşun Ordunun (ƏÜO) hərbi hissələrində xidməti-döyüş fəaliyyətinin təşkili və hərbi qulluqçular üçün yaradılan sosial-məişət şəraiti ilə tanış olub. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Nazir döyüş mövqelərində xidmət edən şəxsi heyətlə söhbətlər aparıb, onların qayğıları ilə maraqlanıb. Bildirilib ki, Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin […]
Ali təhsil müəssisələrinə ixtisas seçimi başlayıb
Ali təhsil müəssisələrinə ixtisas seçimi başlayıb. Bu barədə Dövlət İmtahan Mərkəzi (DİM) məlumat yayıb. Bildirilib ki, ali təhsil müəssisələrinə qəbul olmaq istəyən abituriyentlər üçün ixtisas seçimi avqustun 12–19-da aparılacaq. Abituriyentlər ixtisas seçimi ilə bağlı Azərbaycan Universiteti, Qərbi Kaspi Universiteti, Bakı Biznes Universiteti, Odlar Yurdu Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, […]
Azərbaycan-ABŞ münasibətlərinin inkişaf perspektivləri müzakirə olunub
Amerika Birləşmiş Ştatlarına səfəri çərçivəsində Azərbaycanın xarici işlər nazirinin müavini Elnur Məmmədov ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin birinci müavini Endryu Stou ilə görüş keçirib. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb. Görüş zamanı Azərbaycan-ABŞ ikitərəfli münasibətlərinin mövcud vəziyyəti və inkişaf perspektivləri barədə fikir mübadiləsi aparılıb, […]
Macarıstan parlamenti ölkənin yeni prezidentini seçib
Macarıstan parlamenti Ali Məhkəmənin keçmiş sədri Andraş Bakanı ölkənin yeni prezidenti seçib. Macarıstan parlamentinin rəsmi iclasında keçirilən səsvermənin gedişi Baş nazir Peter Maqyarın “YouTube”dakı rəsmi kanalında yayımlanıb. Baka prezident seçkilərində yeganə namizəd olub və parlamentdə lazımi səs çoxluğunu əldə edib. Andraş Baka 2009–2011-ci illərdə Macarıstan Ali Məhkəməsinin sədri vəzifəsində çalışıb
Bir il əvvəl itkin düşmüş şəxsin qəsdən öldürülməsi müəyyən edilib
Bir il əvvəl itkin düşmüş şəxsin qəsdən öldürülməsi müəyyən edilib. Bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb. Məlumata görə, Baş Prokurorluq, Daxili İşlər Nazirliyi və Ədliyyə Nazirliyinin Penitensiar Xidməti tərəfindən birgə və koordinasiyalı şəkildə aparılmış kompleks istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində ötən il itkin düşmüş, 1954-cü il təvəllüdlü Timofeyeva […]
Mədəniyyət Nazirliyinin təqaüd proqramı ilə 17 nəfər xaricdə təhsil imkanı qazanıb
Mədəniyyət Nazirliyinin “Mədəni və yaradıcı sənayelər üzrə xüsusi Təqaüd Proqramı” çərçivəsində 2026-cı il üzrə keçirdiyi müsabiqənin seçim mərhələsi başa çatıb. Bu barədə Mədəniyyət Nazirliyindən məlumat verilib. Qeyd olunub ki, proqram üzrə cari il iyunun 2-dən 16-dək audiovizual sənətlər, dizayn, memarlıq, mədəni və yaradıcı sahələr üzrə menecment və digər ixtisas istiqamətlərində […]