10 iyul 1918-ci ildə Azərbaycan və türk (Osmanlı) hərbi qüvvələri (Qafqaz İslam Ordusu) Kürdəmir yaxınlığındakı döyüşdə daşnak-bolşevik “Bakı Soveti”nin qoşunlarını məğlub ediblər.Bu qələbədən sonra Qafqaz İslam Ordusunun daşnak-bolşevik qüvvələri üzərinə əks-hücumu başlanıb. İyulun 14-də Kərrar dəmiryolu stansiyası azad edilib. Bəs, iyulun 10-da daha hansı hadisələr baş verib? 1. 1913-cü ilin […]
Yasamal, Biləcəri və Zirədə işıq olmayacaq
Bu gün Bakının Zirə qəsəbəsi, Yasamal rayonu və Biləcəri qəsəbəsində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq. Bu barədə “Azərişıq” ASC-dən məlumat verilib. Qeyd olunub ki, bu gün Zirə Enerji Təchizatı və Satışı İdarəsinin (ETSİ) ərazisində yerləşən Transformator Məntəqəsində (TM) iməclik işləri həyata keçiriləcək. Bununla əlaqədar saat 09:00-dan 12:00-dək Zirə qəsəbəsi Seyid […]
Gələn həftə Vaqif Poeziya Günləri keçiriləcək
Bu il Vaqif Poeziya Günlərinin keçiriləcəyi tarix məlum olub. Bu barədə Mədəniyyət Nazirliyindən məlumat verilib. Qeyd olunub ki, builki poeziya günləri nazirlik və Heydər Əliyev Fondunun təşkilatçılığı ilə 16-18 iyulda keçiriləcək. “Sözün hekayəsi” şüarı ilə təşkil olunacaq tədbirlər proqramı Azərbaycan poeziyasının görkəmli nümayəndəsi, şair və dövlət xadimi Molla Pənah Vaqif […]
Futbol akademiyalarında təhsil məsələlərinə məsul şəxslərlə görüş keçirilib
Futbol akademiyalarında təhsil məsələlərinə məsul şəxslərlə görüş keçirilib. Bu barədə AFFA-dan məlumat verilib. Milli assosiasiya tərəfindən təşkil edilən görüşdə akademiyalarda məşq edən uşaq və yeniyetmələrin idman fəaliyyəti ilə yanaşı, məktəb təhsilində davamlı iştirakı, akademik göstəricilərinin dəstəklənməsi və gələcək inkişaf imkanları ilə bağlı məsələlər müzakirə olunub. Müzakirələr zamanı uşaqların məktəb davamiyyətinin […]
Azərbaycan XİN Cənubi Sudanı təbrik edib
Azərbaycan Xarici İşlər Nazirliyi Cənubi Sudanı bu ölkənin Müstəqillik Günü münasibətilə təbrik edib. Bu barədə nazirlik “X” hesabında paylaşım edib. “Cənubi Sudan Respublikasını Müstəqillik Günü münasibətilə səmimi-qəlbdən təbrik edir, bu ölkəyə davamlı sülh, sabitlik və firavanlıq arzulayırıq”, – deyə payalşımda qeyd edilib.
Sabah 37 dərəcə isti olacaq
Azərbaycanda iyulun 10-da 37 dərəcə isti gözlənilir.Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 20-23° isti, gündüz 30-35° isti olacaq. Atmosfer təzyiqi 757 mm civə sütunu, nisbi rütubət isə gecə […]
Paşinyan iyulun sonuna qədər məzuniyyətə çıxır
Ermənistanın Baş naziri Nikol Paşinyan iyulun 10-dan 29-u da daxil olmaqla məzuniyyətdə olacaq. Bu barədə hökumətin mətbuat xidmətinə istinadən Ermənistan mediası məlumat yayıb. İyulun 10-dan 20-dək olan dövrdə hökumət başçısının vəzifələrini Baş nazirin müavini Mqer Qriqoryan, iyulun 21-dən 29-dək isə Baş nazirin müavini Tiqran Xaçatryan icra edəcək. Qeyd edək ki, […]
Azərbaycanda turizm haqqında yeni qanun layihəsi hazırlanıb
Azərbaycanda turizm sektorunda son illərdə baş verən dəyişikliklər mövcud qanunvericiliyin yenilənməsini zəruri edib. Bunu Dövlət Turizm Agentliyi yanında Azərbaycan Turizm Bürosunun İdarə Heyətinin sədri Florian Zenqstşmid Bakıda keçirilən “İqtisadi artımı və diversifikasiyanı təmin etmək üçün Azərbaycanın turizm potensialının açılması” adlı tədbirdə bildirib. Onun sözlərinə görə, 2021-ci ildə qəbul edilən “Turizm […]
Zəngəzur dəhlizi ilə bağlı sənədlər hazırlanır – Nazir
Xarici işlər naziri Ceyhun Bayramov Zəngəzur dəhlizi ilə bağlı proseslərdən danışıb. Nazir jurnalistlərə açıqlamasında bildirib ki, Zəngəzur dəhlizinin Ermənistan ərazisindən keçən hissəsi ilə bağlı əldə olunmuş razılaşmaya əsasən, bu prosesdə Amerika Birləşmiş Ştatları da iştirak edir. Bu istiqamətdə, ilk növbədə, danışıqlar ABŞ ilə Ermənistan arasında aparılır. Çünki söhbət Ermənistan ərazisindən […]
Rusiyanın zərbələri nəticəsində Zaporojye vilayətində 8 nəfər yaralanıb
Ötən sutka ərzində Ukraynanın Zaporojye şəhərinə və Zaporojye rayonuna Rusiyanın hücumları nəticəsində 8 nəfər xəsarət alıb. Bu barədə Zaporojye Vilayət Hərbi Administrasiyasının rəhbəri İvan Fyodorov teleqram kanalında məlumat verib. Onun sözlərinə görə, bir sutka ərzində Rusiya qoşunları Zaporojye vilayətinin 52 yaşayış məntəqəsinə 934 zərbə endirib. Xüsusilə, 30 aviazərbə, 661 pilotsuz […]