Ali təhsil pilləsinin magistratura səviyyəsinə sənəd qəbulu prosesi 2025-ci ilin 4 avqust tarixinədək uzadılıb. Bu barədə Elm və Təhsil Nazirliyi məlumat yayıb. Bildirilib ki, müraciətçilər https://portal.edu.az/ üzərindən qeydiyyatdan keçməklə “Ali və orta ixtisas təhsili müəssisələrinə təhsilalan qeydiyyatı” xidmətini seçə bilərlər.
Baş prokuror paytaxtın Xətai rayonunda vətəndaşları qəbul edib
Baş prokuror Kamran Əliyev Bakı şəhəri Xətai rayon prokurorluğunun inzibati binasında Xətai rayonu və digər bölgələrdən olan vətəndaşları qəbul edib. Bu barədə Baş Prokurorluq məlumat yayıb. Qeyd edilib ki, qəbulda iştirak edən 33 nəfər vətəndaşın müraciətində konkret cinayət işlərinin istintaqı, törədilmiş cinayətlər barədə məlumatların araşdırılması zamanı yol verilmiş qanun pozuntuları […]
Prezidentdən Fəxrəddin Manafovla bağlı – Sərəncam
Azərbaycan kino sənətinin inkişafında xidmətlərinə görə Fəxrəddin Manaf oğlu Manafov “Şöhrət” ordeni ilə təltif edilib. Bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb. Qeyd edək ki, avqustun 2-də Xalq artisti F.Manafovun 70 yaşı tamam olacaq.
Prezident nekroloq imzaladı
Azərbaycan Prezidenti İlham Əliyev Xalq artisti Arif Babayevin vəfatı ilə bağlı nekroloq imzalayıb. Nekroloqda deyilir: “Azərbaycan mədəniyyətinə ağır itki üz vermişdir. Milli muğam sənətinin görkəmli nümayəndəsi, Xalq artisti, Heydər Əliyev Mükafatı laureatı, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, Azərbaycan Milli Konservatoriyasının professoru Arif İmran oğlu Babayev 2025-ci il avqustun 1-də ömrünün […]
Nazirlik Azərbaycan idmançılarının avqust ayı üçün reytinq cədvəlini açıqlayıb
Gənclər və İdman Nazirliyi Azərbaycan idmançılarının avqust ayı üçün reytinq cədvəlini açıqlayıb. Bu barədə qurumun mətbuat xidməti məlumat yayıb. Birinci pillədə 330 xalla cüdoçu Zelim Tçkayev qərarlaşıb. Olimpiya çempionu Zelim Kotsoyev (320 xal) ikinci, digər cüdoçu Elcan Hacıyev (310 xal) üçüncü olub. Növbəti sıralarda cüdoçular Rəşid Məmmədəliyev (210 xal), Uşanqi […]
Mehriban Əliyeva Xalq artisti Arif Babayevin vəfatı ilə bağlı paylaşım edib
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi “Instagram” səhifəsində Xalq artisti Arif Babayevin vəfatı ilə bağlı paylaşım edib. Paylaşımda deyilir: “Azərbaycan muğam sənətinin görkəmli nümayəndəsi Arif Babayevin vəfatı mədəniyyətimiz, bütün xalqımız üçün əvəzsiz itkidir. O, yaşından asılı olmayaraq hər kəsin sevdiyi əsl Xalq artisti idi. Onun məharətlə ifa etdiyi muğamlar […]
Xalq artisti Arif Babayev vəfat edib
Xalq artisti Arif Babayev vəfat edib. O bu gün vəfat edib. Xalq artisti iyulun 23-də kəskin tənəffüs çatışmazlığı diaqnozu ilə Qax Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub. Vəziyyəti kritik ağır olduğundan paytaxtdakı tibb müəssisəsinə təxliyə edilib və vəfat etməsinə qədər burada müalicəsi davam etdirilib. Qeyd edək ki, Arif Babayev 20 fevral […]
Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür
Avqustun 1-i Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü kimi qeyd edilir.Bu əlamətdar gün Ümummilli Lider Heydər Əliyevin 2001-ci il 9 avqust tarixli fərmanına əsasən təsis edilib. Ulu Öndər fərmanı latın qrafikalı Azərbaycan əlifbasına keçidin ölkədə 2001-ci ilin avqustunda bütövlükdə təmin edildiyini və yeni əlifbadan istifadənin müstəqil Azərbaycanın ictimai-siyasi həyatında, yazı […]
Hacıqabulda təcili yardım maşını qəzaya uğrayıb, ölən və yaralananlar var
Hacıqabulda təcili yardım maşını qəzaya uğrayıb. Hadisə Bakı-Qazax magistral yolunun Hacıqabul rayonunun Nəvahi kəndindən keçən hissəsində baş verib. Təcili yardım maşınının dəmir səddə çırpılması nəticəsində bir nəfər ölüb, iki nəfər isə ağır vəziyyətdə Şirvan xəstəxanasına yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.
Fövqəladə Hallar Nazirliyinin Su Ehtiyatları Dövlət Agentliyinin əsasında Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri,cənab Zaur Mikayılova
Şəki rayonu, Dərəcənnət kənd sakinlərinin Doğrusöztv.Az saytının redaksiyasına 2025-ci ilin aprel ayında etdikləri anonim müraciətlərinə, onların sübut kimi göndərdikləri videogörüntüyə görə biganə yanaşmamaq məcburiyyətində qalaraq , müraciətin mətni və videogörüntünü sosial şəbəkə hesablarımızda paylaşaraq Sizə müraciət ünvanladıq.Redaksiyamıza təkrar anonim müraciətlər daxil olub.Bu dəfə, təkcə Şəki rayonunun Dərəcənnət kəndinin deyil onlarla […]