Azərbaycanlı həmkarım Ceyhun Bayramovla danışıqlar zamanı Cənubi Qafqaz və Yaxın Şərqdə regional təhlükəsizlik məsələlərini, eləcə də Ukraynada sülhün əldə olunması üzrə səyləri müzakirə etdik. Bu barədə A.Sibiqa C.Bayramovla birgə mətbuat konfransında bəyan edib. Onun sözlərinə görə, Ukrayna tərəfi Azərbaycanı Kiyevin sülh təşəbbüsləri barədə məlumatlandırıb və sülhün təşviq edilməsində, eləcə də […]
Azərbaycanda sabah 39 dərəcə isti olacaq
Bakıda və Abşeron yarımadasında avqustun 7-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir.Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, arabir güclənən şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 22-25° isti, gündüz 30-34° isti olacaq. Atmosfer təzyiqi 759 mm civə sütunu təşkil edəcək.Nisbi rütubət gecə 70-80 […]
Ermənistan vətəndaşlarının şikayətləri üzrə apellyasiya məhkəməsində yekun qərar elan olunub
Avqustun 6-da Bakı Apellyasiya Məhkəməsində Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə və digər çoxsaylı cinayətlərə görə Bakı Hərbi Məhkəməsi tərəfindən barələrində ittiham hökmü […]
Ermənistan vətəndaşlarının şikayətləri üzrə apellyasiya məhkəməsi davam etdirilir
Bu gün Bakı Apellyasiya Məhkəməsində Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə və digər çoxsaylı cinayətlərə görə Bakı Hərbi Məhkəməsi tərəfindən barələrində ittiham hökmü […]
Ceyhun Bayramov Kiyevdə Ukrayna PUA-larının sərgisi ilə tanış olub
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Kiyevdə Ukrayna istehsalı olan pilotsuz uçuş aparatlarının (PUA) sərgisi ilə tanış olub. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi “X” sosial şəbəkəsində məlumat yayıb. “Ukraynanın xarici işlər naziri Andrey Sibiqa Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovu Ukrayna Xarici İşlər Nazirliyində qarşılayıb. Rəsmi qarşılanma mərasimindən […]
Şənbə günü 1350 namizəd incəsənət məktəb və mərkəzlərinə işə qəbul imtahanı verəcək
Dövlət İmtahan Mərkəzi (DİM) avqustun 8-də Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən incəsənət məktəb və mərkəzlərinə direktor və direktor müavini, həmçinin Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən incəsənət məktəb və mərkəzlərinə müəllim vəzifələri üzrə işə qəbul imtahanı keçirəcək. Bu barədə DİM-dən məlumat […]
Bu şəhər və rayonlarda işıq KƏSİLƏCƏK
Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması, həmçinin artan yük tələbatının qarşılanması məqsədilə avqustun 6-da paytaxtda bir neçə Transformator Məntəqəsində (TM), bəzi regionlarda isə 10 kV-luq hava xətlərində təmir işləri aparılacaq. Bu barədə “Azərişıq” ASC məlumat yayıb. Bildirilib ki, Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) xidməti ərazisində yerləşən 2-ci […]
UEFA Konfrans Liqası: “Qarabağ” Polşada Kiyev “Dinamo”su ilə qarşılaşacaq
“Qarabağ” UEFA Konfrans Liqasının III təsnifat mərhələsində bu gün Ukraynanın “Dinamo” (Kiyev) klubu ilə üz-üzə gələcək. Qarşılaşma Polşadakı “Lublin Arena”da, Bakı vaxtı ilə saat 21:00-da start götürəcək. Matçı danimarkalı FIFA referisi Morten Kroq idarə edəcək. Qeyd edək ki, komandalar arasında cavab matçı avqustun 13-də, saat 20:00-da Tofiq Bəhramov adına Respublika […]
Bakıda yalnız üç istiqamətdə tıxac yaranıb
Bakıda yalnız üç istiqamətdə tıxac yaranıb. Bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb. Hal-hazırda yollardakı vəziyyət: 1. 1-ci Göl kənarı yolu, Ziya Bünyadov prospekti istiqamətində; 2. Bakı-Sumqayıt şosesi, “20 Yanvar” metro stansiyası istiqamətində; 3. Ziya Bünyadov prospekti, Əhməd Rəcəbli küçəsi ilə kəsişmədən Atatürk prospekti ilə kəsişməyə qədər sıxlıq […]
Rusiyada ballistik raketlər üzrə tədqiqat aparan institutda yanğın olub
Rusiyanın Moskva vilayətinin Korolyov şəhərində yerləşən Mərkəzi Elmi-Tədqiqat Maşınqayırma İnstitutunun (TsNİİmaş) ərazisində yanğın baş verib. Bu barədə “İzvestiya” operativ xidmətlərə istinadən məlumat yayıb. İlkin məlumata görə, yanğına elektrik naqillərində baş verən qısaqapanma səbəb olub. Hadisənin texnogen xarakter daşıdığı bildirilir. Məlumata əsasən, yanğın nəticəsində xəsarət alan olmayıb. Qeyd edək ki, TsNİİmaş […]