Bakıda unikal piyada körpüsü inşa edildi – VİDEO

“Bakı Ağ Şəhər” yol infrastrukturunun yenidən qurulması layihəsi çərçivəsində 8 Noyabr prospekti üzərindən Bakı “Ağ Şəhər” layihəsinin Fəvvarələr meydanı parkını və Ağ Şəhər Bulvarını birləşdirən metal konstruksiyalı, müasir arxitekturaya malik yerüstü piyada körpüsü inşa edilib. Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb. Məlumata görə, uzunluğu 234 metr, […]

Türkiyədə qəzaya uğrayan Liviya təyyarəsinin “qara qutu”su Britaniyada araşdırılacaq

Ankara yaxınlığında qəzaya uğrayan Liviya təyyarəsinin “qara qutu”su Böyük Britaniyada araşdırılacaq. APA-nın Türkiyə bürosu xəbər verir ki, bu barədə Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu məlumat verib. Nazir bildirib ki, “qara qutu” və səs yazan cihazın hər ikisi zədələnib, təyyarənin “qara qutu”su Britaniyada araşdırılacaq.

Sabah hava yağmursuz və dumanlı olacaq – PROQNOZ

Azərbaycanda yanvarın 8-də havanın yağmursuz keçəcəyi, duman olacağı gözlənilir. Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə arabir duman olacaq. Şimal-qərb küləyi səhər mülayim cənub-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu […]

Zakir Həsənov Qazaxıstanın yeni hərbi attaşesini qəbul edib

Qazaxıstanın Azərbaycana yeni təyin edilən hərbi attaşesi polkovnik Salauat Xayruşev müdafiə naziri general-polkovnik Zakir Həsənova təqdim olunub. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, müdafiə naziri qazaxıstanlı qonağı ölkəmizdə fəaliyyətə başlaması münasibəti ilə təbrik edib. Azərbaycan-Qazaxıstan münasibətlərinin dostluq və qardaşlıq prinsiplərinə, zəngin tarixi ənənəyə söykəndiyini qeyd edən nazir hərbi […]

Azərbaycanda bu qəzet və jurnal BAĞLANDI

Əmlak Məsələləri Dövlət Xidmətinə məxsus “Mülkiyyət” qəzetinin və “Daşınmaz Əmlak Bülleteni” jurnalının fəaliyyəti ilə bağlı hüquqi prosedurlara başlanılıb. Qəzet və jurnalın təsisçisi “Daşınmaz Əmlak Bülleteni və Mülkiyyət qəzeti” MMC ləğv olunduğunu elan edib. Məlumata görə, kreditorlar iki ay ərzində tələblərini Əmlak Məsələləri Dövlət Xidmətinin yerləşdiyi ünvana – Bakı şəhəri, Nizami […]

Hacıqabulda zəncirvari qəza olub.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə Hacıqabul-Bəhrəmtəpə magistralının Hacıqabul şəhəri ərazisindən keçən hissəsində qeydə alınıb. “QAZel” markalı avtomobillə iki “KİA” markalı avtomobil toqquşub. Nəticədə 5 nəfər xəsarət alaraq Şirvan xəstəxanasına yerləşdirilib.Faktla bağlı araşdırma aparılır.

Hacıqabulda zəncirvari qəzada 5 nəfər xəsarət alıb- FOTO

Hacıqabulda zəncirvari qəza olub. APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə Hacıqabul-Bəhrəmtəpə magistralının Hacıqabul şəhəri ərazisindən keçən hissəsində qeydə alınıb. “QAZel” markalı avtomobillə iki “KİA” markalı avtomobil toqquşub. Nəticədə 5 nəfər xəsarət alaraq Şirvan xəstəxanasına yerləşdirilib.Faktla bağlı araşdırma aparılır.

Moskvadan uçan təyyarələr Özbəkistan aeroportlarında eniş edə bilməyib

Moskvadan uçan üç təyyarə duman səbəbindən Özbəkistanın Buxara və Termez şəhərlərində eniş edə bilməyib. Bu barədə “Uzbekistan airports” SC-nin mətbuat xidməti məlumat yayıb. “Buxara hava limanında əlverişsiz hava şəraiti səbəbindən Moskva-Buxara marşrutu üzrə HY9608 reysinin ekipajı Nəvaidəki ehtiyat aerodroma getmək qərarına gəlib”, – məlumatda deyilir. Eyni marşrut üzrə AFL1876 reysi […]

Biləsuvarın bəzi ərazilərində işıq olmayacaq

Biləsuvar rayonunun bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilə olacaq. Bu gün Biləsuvar Elektrik Şəbəkəsinin (EŞ) ərazisində 10 kV-luq 1 saylı hava xəttində təmir işi aparılacaq. Bununla əlaqədar saat 11:00-dan 13:00-dək şəhər ərazisinin bir hissəsində və rayonun Köhnə Amankənd, Muğan, Yuxarı Ağalı kəndlərində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq. Təmir işləri başa […]