Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı müşahidə olunur. Bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb. Hazırda yollardakı vəziyyət: 1. Bakı-Sumqayıt şosesi, “20 Yanvar” metro stansiyası istiqamətində; 2. Binəqədi şosesi, “Azadlıq prospekti” metro stansiyası istiqamətində; 3. 1-ci Göl kənarı yolu, Ziya Bünyadov prospekti istiqamətində; 4. “20 Yanvar” dairəsində; 5. […]
Kino sənayesində dövlət sifarişi sistemi təkmilləşdiriləcək
Azərbaycanda kino sənayesində dövlət sifarişi sistemi, dəyər zənciri, o cümlədən kütləvi nümayiş və yayım sistemi təkmilləşdiriləcək. Bu, Prezident İlham Əliyevin sərəncamı ilə təsdiqlənən “Azərbaycan Mədəniyyəti – 2040” Azərbaycan Respublikasının Mədəniyyət Konsepsiyasında əksini tapıb. Sənədə əsasən, Mədəniyyət Nazirliyi Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi və digər aidiyyəti dövlət orqanları (qurumları) ilə birlikdə […]
“Azərbaycan Mədəniyyəti – 2040” Konsepsiyası təsdiq edilib – SƏRƏNCAM
“Azərbaycan Mədəniyyəti – 2040” Azərbaycan Respublikasının Mədəniyyət Konsepsiyası” təsdiq edilib.Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb. Sərəncam Azərbaycan Respublikasında milli-mənəvi dəyərlərin qorunmasını təmin edən müasir mədəniyyət modelinin yaradılması, mədəniyyət sahəsində sistemli və dayanıqlı inkişafın təmin olunması məqsədilə imzalanıb. Sərəncama əsasən, Mədəniyyət Nazirliyi konsepsiyada nəzərdə tutulan tədbirlərin əlaqələndirilməsini həyata keçirməli, konsepsiyada […]
Samir Rzayev AZAL-ın ötən il əldə etdiyi göstəriciləri açıqlayıb – RƏQƏMLƏR
“Azərbaycan Hava Yolları” üçün 2025-ci il ümumi və tranzit sərnişin sayında artımla yadda qaldı. Yeni istiqamətlərin açılması, əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsi, donanmanın modernləşdirilməsi və rəqəmsal həllərin tətbiqi istiqamətində atılan addımlar AZAL-ın müasir tələblərə cavab verən aviaşirkət kimi mövqeyini daha da gücləndirdi. Bu barədə AZAL prezidenti Samir Rzayev öz sosial şəbəkə hesabında […]
ABŞ-İran münasibətlərində həll yolu: diplomatiya, yoxsa hərbi aksiya – ŞƏRH
İranda iqtisadi, sosial məsələlərlə bağlı başlayan etiraz aksiyaları yatırılır. Aksiyalar əvvəlki gücünü saxlaya bilmir. Onlara qarşı güc tətbiqi nəticəsində yüzlərlə ölən və yaralananların olduğuna dair xəbərlər də yayılıb. Saxlanılan və həbs olunanlarla bağlı dəqiq məlumat yoxdur.İranda İnsan Hüquqları Müdafiəsi Təşkilatının (HRANA) yaydığı məlumata əsasən, etirazlar zamanı ən azı 2571 nəfər […]
Səhiyyə Nazirliyi internetdən alınan dərmanlarla bağlı əhaliyə çağırış edib
“İnternet üzərindən alınan dərmanların mənşəyi məlum olmur. Bu məhsullar, əsasən, bioloji aktiv əlavələrdir və dünyanın heç bir ölkəsində rəsmi olaraq dərman kimi qəbul edilmir”. Bu sözləri Səhiyyə Nazirliyinin mütəxəssis eksperti, terapevt Nahid Məhərrəmov deyib. O bildirib ki, həkim məsləhəti olmadan hər hansı dərman və ya əlavə qəbul etmək düzgün deyil: […]
ƏSF-in Elektron Auksion Portalında satışlar davam etdirilir
Əmanətlərin Sığortalanması Fondu (ADIF) tərəfindən yaradılmış Elektron Auksion Portalı (auction.adif.az) vasitəsilə ləğv prosesində olan bankların balansında mövcud daşınar əmlakların satışı davam etdirilir. Portal açıq, şəffaf və rəqabətli satış mexanizmi təqdim etməklə həm fiziki, həm də hüquqi şəxslər üçün əlçatan alış mühiti yaradır. Fonddan verilən məlumata görə, satışa çıxarılan məhsullar əsasən […]
Qusarda avtoxuliqanlıq edən sürücü tutulub – VİDEO
Qusar rayonunda yol hərəkəti qaydalarına riayət olunmasının təşviqi, hərəkət iştirakçılarının maarifləndirilməsi və yol-nəqliyyat hadisələrinin sayının minimuma endirilməsi məqsədilə profilaktik tədbirlər davam etdirilir. DİN-in Mətbuat xidmətinin Quba Regional qrupundan verilən məlumata görə, Qusar Rayon Polis İdarəsi Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən keçirilən növbəti tədbir zamanı yol hərəkəti qaydaları kobud şəkildə […]
“Qarabağ”ın növbəti iki yoxlama oyununun başlama saatı açıqlanıb
“Qarabağ” komandasının növbəti yoxlama oyunlarının başlama saatı açıqlanıb. Bu barədə hazırkı ölkə çempionu məlumat yayıb. Qurban Qurbanovun baş məşqçisi olduğu kollektiv yanvarın 16-da iki matça çıxacaq. İlk rəqib Xotvatiya təmsilçisi “Osiyek” olacaq. “Köhlən atlar” ardınca Polşanın “Zaqlebye” klubu ilə üz-üzə gələcək. Birinci qarşılaşma saat 12:00-da, ikinci görüş isə 19:00-da start […]
KİV: İran ABŞ-ın hərbi bazalarını vuracağı ilə bağlı region ölkələrinə xəbərdarlıq edib
İran ABŞ tərəfindən hücuma məruz qalacağı təqdirdə, ABŞ-ın region ölkələrindəki hərbi bazalarını hədəf alacağı ilə bağlı xəbərdarlıq edib. “Reuters“ə danışan anonim iranlı rəsmi İranın məsələ ilə bağlı region ölkələrinə xəbərdarlıq etdiyini bildirib. “Tehran Səudiyyə Ərəbistanı və BƏƏ-dən Türkiyəyə qədər region ölkələrinin diqqətinə çatdırıb ki, ABŞ İrana hücum etsə, Vaşinqtonun bu […]