İsti hava şəraiti ilə bağlı FHN-dən müraciət

Xəbər verdiyimiz kimi, Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, yaxın günlərdə havanın temperaturunun daha da yüksələrək bəzi ərazilərdə 40°-dək artacağı, eləcə də arabir güclənən küləyin müşahidə olunacağı gözlənilir. Milli.Az xəbər verir ki, qeyd olunanlarla bağlı Fövqəladə Hallar Nazirliyi (FHN) əhaliyə müraciət edərək, belə hava şəraitində kiçik ehtiyatsızlıq və ya diqqətsizlik müxtəlif məkanlarda, […]

Yeni məktəbli formaları indikilərdən baha olacaq – AÇIQLAMA

Yeni tədris ilinə iki aydan çox vaxt qalıb. Xeyli vaxt qalmasına baxmayaraq, yeni məktəbli formaları ilə bağlı anonslar insanlarda maraq doğurur. Əksəriyyət yeni formaların keyfiyyət və qiymətilə maraqlanır. Azərbaycanda məktəbli formalarının tikilişini və satışını həyata keçirən “Bakı Tikiş Evi” (BTE) ASC-nin satış üzrə müdiri Etibar Əzimov Modern.az-a açıqlamasında bildirib ki, […]

Nazilə Səfərli həbs olunub? – DİN-dən açıqlama

Şairə Nazilə Səfərlinin Kəlbəcərə qanunsuz yolla keçdiyinə görə həbs edilməsinə dair sosial şəbəkələrdə məlumat yayılıb. Sonxeber.az xəbər verir ki, “Qafqazinfo” hadisə ilə bağlı DİN-in Mətbuat Xidmətinə sorğu ünvanlayıb. Qurumdan bildirilib ki, Nazilə Səfərlinin həbs xəbəri həqiqəti əks etdirmir: “Nazilə Səfərlinin həbs edilməsi barədə xəbərlər həqiqətə uyğun deyil. O, bir neçə nəfər şəxslə birgə qanuna […]

Azərbaycan ordusunun hərbçisi qəzada həyatını itirdi

İyulun 9-u axşam saatlarında baş vermiş avtoqəza nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçusu Tağıyev Novruz Tağı oğlunun həlak olması ilə bağlı məlumatı təsdiq edirik. Bu barədə Müdafiə Nazirliyindən bildirilib. Faktla bağlı araşdırma aparılır. Müdafiə Nazirliyinin rəhbərliyi hərbi qulluqçumuzun yaxınlarına dərin hüznlə başsağlığı verir və səbr diləyir. Allah rəhmət eləsin!

Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik etdi

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib.Bu barədə o, “Instragram” hesabında paylaşım edib.Paylaşımda deyilir:“Bütün Azərbaycan xalqını və dünya müsəlmanlarını müqəddəs Qurban bayramı münasibətilə səmimi-qəlbdən təbrik edirəm! Hamıya möhkəm cansağlığı, xoş duyğular və uzun ömür arzulayıram! Qoy hər kəsin həyatında nurlu, xoşbəxt günlərin sayı çox olsun! Allah […]

Tezliklə növbəti güzəştli mənzillər satışa çıxarılacaq – AÇIQLAMA

“Tezliklə Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) tərəfindən mənzillərin satışı ilə bağlı seçim elan olunacaq. Satış tarixindən ən azı 30 gün ərzində bu barədə ictimaiyyətə məlumat veriləcək”.  Oxu.Az-ın məlumatına əsasən, bunu MİDA-nın Aparat rəhbəri Fərman Qurbanlı keçirilən mətbuat konfransında bildirib.  O deyib ki, mənzillərin əvvəlcədən bron edilməsi barədə iddiaların heç bir […]

Medianın İnkişafı Agentliyində “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüş keçirilib

İyulun 8-də Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov “Yüksəliş” müsabiqəsinin qalibləri Ruslan Mirzəliyev, Orxan Qazı Zadə, Elçin Mirzəzadə ilə görüşüb. BiG.AZ xəbər verir ki, görüşdə yüksək idarəetmə və liderlik keyfiyyətlərinə malik kadrların fərdi inkişafının dəstəklənməsi və perspektiv rəhbər şəxslərin peşəkar səriştə və idarəçilik təcrübələrinin artırılmasında “Yüksəliş” müsabiqəsinin əhəmiyyəti vurğulanıb. […]

İlham Əliyev sərəncam imzaladı

Prezident İlham Əliyev Bərdə rayonunun Mingəçevir–Stansiya Mingəçevir–Bəhrəmtəpə (46 km)–Qarağacı–Mirzəcəfərli–Mollagüllər avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb. Bununla bağlı Prezident.az məlumat yayıb. Sərəncama əsasən, dörd min nəfər əhalinin yaşadığı 3 yaşayış məntəqəsini birləşdirən Mingəçevir–Stansiya Mingəçevir–Bəhrəmtəpə (46 km)–Qarağacı–Mirzəcəfərli–Mollagüllər avtomobil yolunun tikintisi məqsədilə “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu […]

Misir Mərdanov: “Televiziyada tərbiyəsi olmayan tərbiyədən danışır”

Azərbaycan Ağsaqqallar Şurasının İdarə Heyətinin üzvü Misir Mərdanov televiziyaları tənqid edib. “Report”un xəbərinə görə, o, ağsaqqallar və veteranların təmsil olunduğu Qeyri-hökumət Təşkilatlarının Əməkdaşlıq Forumunda çıxış edərkən deyib ki, televiziyalarda ailəsi olmayan ailədən, tərbiyəsi olmayan tərbiyədən danışır. “Bu hallara son qoyulmalıdır. Televiziyalara ağsaqqallar, ağbirçəklər dəvət olunmalıdır. Onlar milli-mənəvi dəyərlərimizi gənclərimizə aşılamalıdırlar. Bu məsələlər […]

Vilayət Eyvazov mayoru şöbə rəisi TƏYİN ETDİ

Daxili İşlər Nazirliyində (DİN) kadr təyinatı olub. “DOGRUSOZTV.AZ” report-a istinadən xəbər verir ki, bununla bağlı daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb. Əmrə əsasən, polis mayoru Əliyev Surxay Ramiz oğlu Baş Narkotiklərlə Mübarizə İdarəsinə şöbə rəisi təyin olunub. Qeyd edək ki, Surxay Əliyev daha öncə Baş Narkotiklərlə Mübarizə İdarəsində xüsusilə […]