Zelenski Trampın xüsusi elçilərinin Kiyevə səfərinin vaxtını açıqlayıb

Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ prezidentinin xüsusi elçilərinin yazın sonu, yayın əvvəlində ölkəyə səfər edə biləcəklərini deyib. Bu barədə Zelenski Ukraynanın müdafiə naziri Rüstəm Umerovun mayın 7-də Mayamidə ABŞ Prezidenti Donald Trampın nümayəndələri ilə keçirdiyi görüşlər barədə məruzəsinin yekunları üzrə sosial şəbəkələrdə məlumat yayıb və danışıqların məzmunlu olduğunu qeyd edib. […]

Milli Məclisin növbəti iclası mayın 12-də keçiriləcək, 8 məsələ müzakirə olunacaq

Milli Məclisin növbəti iclasının tarixi və gündəliyi məlum olub. Parlamentin mayın 12-də keçiriləcək iclasının gündəliyinə aşağıdakı məsələlər daxildir: 1. İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun 2025-ci ildə Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair məlumatı. 2. “Quba rayonunun bəzi ərazi vahidlərinin adlarının dəyişdirilməsi haqqında” Azərbaycan Respublikası qanununun layihəsi. 3. […]

Allahşükür Paşazadə İstanbulda Avrasiya İqtisadi Zirvə toplantısında iştirak edəcək

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə Türkiyəyə səfər edəcək. Məqsəd “Mərmərə Qrupu” Strateji və Sosial Araşdırmalar Vəqfinin təşkilatçılığı ilə mayın 11-13-də İstanbulda keçiriləcək XXIX Avrasiya İqtisadi Zirvə toplantısında iştirakdır. Toplantının builki mövzusu “Qlobal məsuliyyət – müharibədən sonra dünya, yeni güc balansları, ortaq gələcək axtarışı, su ilə yaşıllığın tükəndiyi […]

Nikahın etibarlı hesab olunması ilə bağlı vahid təcrübə müəyyən edilib

Ali Məhkəmə nikahın etibarlı hesab olunması ilə bağlı vahid təcrübə müəyyən edib. Bu barədə məhkəmədən bildirilib. Məlumata görə, Ali Məhkəməsinin Mülki kollegiyası etibarsız nikahın sonradan etibarlı hesab olunması ilə bağlı vahid məhkəmə təcrübəsini müəyyən edən qərar qəbul edib. İş materiallarına görə, iddiaçı atası ilə cavabdeh arasında 3 aprel 1976-cı ildə […]

Mayın 17-i 9 illik təhsil səviyyəsi üzrə 6 imtahan keçiriləcək

Məlum olduğu kimi, Dövlət İmtahan Mərkəzi tərəfindən 17 may 2026-cı il tarixində ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə bir neçə imtahanın keçirilməsi nəzərdə tutulub. Bu barədə Dövlət İmtahan Mərkəzi məlumat yayıb. Qeyd olunub ki, əvvəlki illərin məzunları üçün orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanı, müsabiqədə buraxılış imtahanında verdiyi xarici […]

Kubanın XİN başçısı: ABŞ ilə danışıqlarda irəliləyiş yoxdur

Havana və Vaşinqton arasındakı danışıqlar prosesində hər hansı bir irəliləyiş yoxdur. Yenixeberorg.com xəbər verir ki, bu barədə Kubanın xarici işlər naziri Bruno Rodriqes Parrilla Amerikanın “ABC News” telekanalına müsahibəsində bildirib. “Heç bir irəliləyiş müşahidə etmirəm”, – diplomat vurğulayıb. Onun sözlərinə görə, ada dövlətinin hökuməti ikitərəfli məsələlərin geniş spektrini müzakirə etməyə […]

Ağdam və Xocavənd şəhərlərinə növbəti köç karvanları yola salınıb

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad olunmuş ərazilərə Böyük Qayıdış davam etdirilir. Ağdam və Xocavənd şəhərlərinə növbəti köç karvanları yola salınıb. Ağdam və Xocavənd şəhərlərinə köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir. Bu mərhələdə Ağdam şəhərinə 41 ailə – 156 nəfər, […]

Bakı metrosu: Avtobus və taksi xidmətləri ilə inteqrasiya daha da gücləndiriləcək

Azərbaycan Respublikası Prezidentinin 7 may 2026-cı il tarixli Fərmanına əsasən, “Bakı Metropoliteni” QSC “BakuBus” MMC və “Bakı Taksi Xidməti” MMC-nin ona qoşulması formasında yenidən təşkil edilir. Bu barədə QSC-dən bildirilib. Qeyd edilib ki, qəbul edilmiş qərar ictimai nəqliyyat sahəsində idarəetmənin daha təkmil şəkildə təşkilinə, xidmətlərin qarşılıqlı inteqrasiyasının gücləndirilməsinə və şəhər […]

Kreml Rusiya MN-in 9 May paradı ilə bağlı Kiyevə xəbərdarlığına ciddi yanaşmağa çağırır

Moskva Rusiya Müdafiə Nazirliyinin 9 mayda Ukraynanın mümkün hücumlarına cavab verməsi barədə xəbərdarlığına mümkün qədər ciddi yanaşmağa çağırır. Rusiya mediasının xəbərinə görə, bu barədə Prezident Vladimir Putinin köməkçisi Yuri Uşakov bildirib. Onun sözlərinə görə, vətəndaşların Kiyevdən təxliyəsini təmin etmək lazımdır. Qeyd edək ki, Rusiya Müdafiə Nazirliyi 9 May paradını pozmağa […]

Avstriyada atışma baş verib, üç nəfər ölüb

Avstriyanın Lints şəhərində restoranın yanında baş verən atışma nəticəsində üç nəfər ölüb. Bu barədə “Kronen Zeitung” nəşri məlumat yayıb. Bildirilib ki, yaşlı kişi iki qadını, daha sonra isə “Lüftner” otelinin yaxınlığındakı restoranın yanında gənc bir qadını güllələyib, bundan sonra isə intihar edib. Hazırda genişmiqyaslı əməliyyat keçirilir.