DYP ara məsafəsi saxlanılması ilə bağlı sürücülərə müraciət edib

Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi (DYP) yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi məqsədilə sürücülərə növbəti dəfə müraciət edib. Bu barədə DYP-dən məlumat verilib. Bildirilib ki, aparılan müşahidələr göstərir ki, bir sıra hallarda respublika əhəmiyyətli avtomobil yollarında sürücülər tərəfindən qarşıda hərəkət edən nəqliyyat vasitələri ilə təhlükəsiz ara məsafəsi saxlanılmır, […]

Azərbaycan neftinin qiyməti 73 dolları keçib

Dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 1,11 ABŞ dolları və ya 1,54 % artaraq 73,31 ABŞ dolları təşkil edib. Bu barədə neft bazarındakı mənbə məlumat yayıb Hərracların nəticələrinə görə, “Brent” markalı neftin aprel fyuçerslərinin qiyməti 72,77 ABŞ dolları təşkil edib. Türkiyənin Ceyhan limanında FOB bazasında “Azeri […]

Bu gün Novruzun ilk – Su çərşənbəsidir

Bu gün Azərbaycanda Su çərşənbəsi qeyd olunur.Su çərşənbəsi ilə Novruz bayramına hazırlıqlar başlayır. İnanclara görə, Tanrı suyu ilk olaraq yaratdığı üçün ilk çərşənbə kimi Su çərşənbəsi qeyd edilir. Bəzi mənbələrdə ona “əzəli çərşənbə”, “gül çərşənbə” də deyirlər. Bu çərşənbədə suyun dirilməsi özünü göstərir. Qədim inanclara görə, bu çərşənbə suya tapınma […]

UEFA Çempionlar Liqası: “Qarabağ” İngiltərədə “Nyukasl”la qarşılaşacaq

“Qarabağ” bu gün UEFA Çempionlar Liqasında pley-off mərhələsinin cavab oyununa çıxacaq. Qurban Qurbanovun baş məşqçisi olduğu kollektiv İngiltərədə “Nyukasl”la münasibətlərə aydınlıq gətirəcək. Matç saat 00:00-da start götürəcək. Qarşılaşmanı italiyalı FIFA referisi Davide Massa idarə edəcək. Xatırladaq ki, Bakıdakı ilk görüşdə “Nyukasl” 6:1 hesabı ilə qalib gəlib.

Azərbaycanda ilk dəfə ortaq türk əlifbası ilə poeziya antologiyası nəşr olunub

Azərbaycanda ortaq türk əlifbası ilə ilk poeziya antologiyası – “Azərbaycan və Türk dünyası: ortaq əlifbada poeziya” adlı kitab nəşr olunub. Bu barədə Azərbaycan Milli Elmlər Akademiyasından bidirilib. Antologiyada çap olunan hər bir türk xalqına aid bədii nümunələr əvvəlcə orijinalda, yəni yazıldığı dildə, sonra isə ortaq əlifbaya uyğunlaşdırılmış şəkildə verilib. Nəşrdə […]

Müşfiq Abbasov həbs edildi

Bakı Şəhər Prokurorluğunun keçmiş müstəntiqi Müşfiq Abbasov həbs edilib. “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Yasamal Rayon Məhkəməsi prokurorluğun müraciəti əsasında belə qərar qəbul edib. Qərara əsasən, M.Abbasova inzibati qaydada 15 sutka həbs verilib. O, internetdə yayılması qadağan edilən məlumatları paylaşmaqda təqsirli bilinib. Qeyd edək ki, M.Abbasov əvvəllər də rüşvət alma […]

Qaradağ İcra Hakimiyyətinin sabiq vəzifəli şəxslərinin həbs müddəti uzadılıb

Qaradağ Rayon İcra Hakimiyyətində keçirilən əməliyyat zamanı saxlanılan vəzifəli şəxslərin həbs müddəti uzadılıb. Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Qaradağ Rayon İcra Hakimiyyətində keçirdiyi əməliyyat zamanı saxlanılan icra başçısının müavini Nadir Muradov və Əmlak Məsələləri Dövlət Xidmətinin Dövlət Əmlakının idarə edilməsi və səmərəli istifadəsinə nəzarət şöbəsinin rəis müavini […]

Trampın Latın Amerikası əməliyyatı: Venesuela, Meksikadan sonra Kuba və Kolumbiyadır? – ŞƏRH

Meksikada Venesuela variantı təkrarlanmadıÖtən gün Meksika Müdafiə Nazirliyi ölkənin “Xalisko Yeni Nəsil” adlı ən böyük narkokartelinin başçısı, El Menço ləqəbli Nemesio Oseqera Servantesin zərərsizləşdirilməsi istiqamətində əməliyyat keçirib. Bu tədbirdə narkobaron öldürülüb. Əməliyyata Meksikanın Hərbi Hava Qüvvələrinin (HHQ) təyyarələri və Milli Qvardiyanın çevik müdaxilə xüsusi qüvvələri cəlb edilib. Nazirliyin açıqlamasında bildirilib […]

Naxçıvan İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin sədri işdən çıxarılıb

Elnur İbrahimov Naxçıvan Muxtar Respublikası (MR) İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi İdarə Heyətinin sədri vəzifəsindən azad edilib. “Report”un yerli bürosunun məlumatına görə, bununla bağlı Naxçıvan MR Ali Məclisi sədrinin birinci müavini Bəxtiyar Məmmədov müvafiq sərəncam imzalayıb. Digər bir sərəncamla isə həmin vəzifənin müvəqqəti icrası Agentliyin İdarə Heyəti sədrinin müavini […]

Prezident BMT-nin “Kibercinayətkarlığa qarşı” Konvensiyası üzrə səlahiyyətli orqanları müəyyən edib

Azərbaycanın Prezidenti İlham Əliyev Birləşmiş Millətlər Təşkilatının (BMT) “Kibercinayətkarlığa qarşı” Konvensiyasının Azərbaycanın müvafiq bəyanatları və qeyd-şərtləri ilə təsdiq edilməsi haqqında Qanunu imzalayıb. Qanuna əsasən, Konvensiya çərçivəsində kibercinayətlərlə bağlı qarşılıqlı hüquqi yardım barədə sorğuların qəbulu, icrası və ya belə sorğuların icraya məsul olan orqanlara göndərilməsi, kibercinayətkarlığın qarşısının alınması məqsədilə digər iştirakçı […]