Bərdə rayonunda üç avtomobilin iştirakı ilə baş verən zəncirvari qəzada dörd nəfər xəsarət alıb. Hadisə Mingəçevir-Bəhrəmtəpə yolunun Bərdə rayonu Mehdili kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Qəza zamanı “Toyota Camry”, “VAZ 2107” və “VAZ 21099” markalı minik avtomobilləri toqquşub. Zərbənin təsirindən “Toyota Camry” və “VAZ 2107” aşaraq yolun sağ və […]
Dünya mediası Prezident İlham Əliyevin Naxçıvanda səsləndirdiyi fikirlərə geniş yer ayırıb
Prezident İlham Əliyevin Naxçıvan Muxtar Respublikasına səfəri çərçivəsində Azərbaycan Televiziyasına müsahibəsində səsləndirdiyi fikirlər müxtəlif ölkələrin media qurumları tərəfindən geniş işıqlandırılıb. Rusiyanın “Kommersant”, “İnterfaks”, “Вестник Кавказа” və “NEWS.ru” media orqanları dövlətimizin başçısının müsahibəsinin əsas məqamlarını oxucuların diqqətinə çatdırıblar. “Kommersant” Azərbaycanın neft və qazla yanaşı, elektrik enerjisini də Avropa bazarına çıxarmaq niyyətini […]
Zərərli orqanizmlərə görə toxumluq əkinlər üçün kompensasiya ödənilməsi qaydası hazırlanacaq
Zərərli orqanizmlərin yayılmasının qarşısının alınması və ləğvi nəticəsində məhv edilən toxumlara və toxumluq əkinlərə görə çəkilən xərclərin kompensasiya məbləğini və ödənilməsi qaydası müəyyənləşəcək. Bu, Prezident İlham Əliyevin “Toxumçuluq haqqında” qanunun tətbiqi barədə imzaladığı Fərmanda əksini tapıb. Fərmana əsasən, Nazirlər Kabineti beş ay müddətində zərərli orqanizmlərin yayılmasının qarşısının alınması və ləğvi […]
Rotterdam limanında partlayış olub, ölən var
Niderlandın Rotterdam limanında partlayış baş verib. “Reuters”in xəbərinə görə, hadisə nəticəsində bir nəfər ölüb, daha bir neçə nəfər isə xəsarət alıb. Yerli polis hadisənin baş vermə səbəbinin hələlik məlum olmadığını və araşdırma aparıldığını bildirib.
FHN qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib
Fövqəladə Hallar Nazirliyi (FHN) qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib. Müraciətdə deyilir: “Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, avqustun 17-dək bəzi ərazilərdə güclü külək əsəcəyi, hava şəraitinin fasilələrlə yağıntılı keçəcəyi və ayrı-ayrı yerlərdə intensiv olacağı, çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi proqnozlaşdırılır. Qeyd olunanları nəzərə alaraq, […]
Sabahdan 6 yeni ekspres marşrutu fəaliyyətə başlayır
“Bakı Metropoliteni” QSC tərəfindən xətlərin ayrılması layihəsi çərçivəsində “28 May” və “Nizami” stansiyaları arasında qatarların hərəkəti avqustun 15-dən müvəqqəti dayandırılacaq. Bu barədə Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib. Bildirilib ki, dəstəkləyici tədbir kimi AYNA tərəfindən təşkil olunan 6 yeni ekspres marşrutu isə avqustun 14-dən fəaliyyətə başlayacaq. […]
“Avroviziya 2027” müsabiqəsi Bolqarıstanın Burqas şəhərində keçiriləcək
71-ci “Avroviziya” müsabiqəsi növbəti ilin may ayında Burqas şəhərində (Bolqarıstan), “Arena Burgas”da baş tutacaq. Bu barədə Avropa Yayım İttifaqı (EBU) məlumat yayıb. “Avropa Yayım İttifaqı (EBU) və Bolqarıstan Milli Televiziyası (BNT) məmnuniyyətlə bildirir ki, Burqas şəhəri 2027-ci ilin may ayında 71-ci Avroviziya mahnı müsabiqəsinin keçiriləcəyi yer olaraq seçilib. Avroviziya həftəsi […]
Sabah rayonlara yağış yağacaq
Bakıda və Abşeron yarımadasında avqustun 14-də hava şəraitinin əsasən yağmursuz olacağı gözlənilir.Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, şimal-şərq küləyi axşam mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 23-26° isti, gündüz 31-36° isti olacaq. Atmosfer təzyiqi 758 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-75 […]
İlham Əliyev Almaniyanın Azərbaycandakı yeni səfirini qəbul edib
Prezident İlham Əliyev avqustun 13-də Almaniyanın Azərbaycanda yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Dirk Lölkeni qəbul edib.Səfir etimadnaməsini Prezident İlham Əliyevə təqdim edib. Dövlət başçısı səfirlə söhbət edib. Ötən ay Almaniyaya rəsmi səfərini məmnunluqla xatırlayan dövlət başçısı səfər zamanı Prezident Frank-Valter Ştaynmayer və Kansler Fridrix Merts ilə ikitərəfli əlaqələr […]
Ali Məhkəmə: Valideyn aliment öhdəliyi müqabilində valideynlik hüququndan imtina edə bilməz
Azərbaycan Ali Məhkəməsinin Mülki kollegiyası valideynlik hüququndan məhrumetmənin əsasları ilə bağlı vahid məhkəmə təcrübəsini müəyyən edən qərar qəbul edib. Bu barədə Ali Məhkəmədən məlumat verilib. Bildirilib ki, işin hallarına görə, tərəflərin birgə nikahdan 11 yaşlı uşaqları var. Tərəflərin nikahı pozulmuş və ananın yanında qalan uşağın yetkinlik yaşına çatana kimi saxlanılması […]