Bərdədə zəncirvari qəza olub, dörd nəfər xəsarət alıb

DogruSozTv Az
Oxunma vaxtı:20 Saniyə

Bərdə rayonunda üç avtomobilin iştirakı ilə baş verən zəncirvari qəzada dörd nəfər xəsarət alıb.

Hadisə Mingəçevir-Bəhrəmtəpə yolunun Bərdə rayonu Mehdili kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Qəza zamanı “Toyota Camry”, “VAZ 2107” və “VAZ 21099” markalı minik avtomobilləri toqquşub. Zərbənin təsirindən “Toyota Camry” və “VAZ 2107” aşaraq yolun sağ və sol kənarlarına düşüblər.

Hadisə nəticəsində xəsarət alan dörd nəfər Bərdə Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Loading

Next Post

Ankarada mikroavtobus ilə yük maşını toqquşub, ölən və yaralananlar var

Türkiyənin paytaxtı Ankarada mikroavtobus yük maşını ilə toqquşub. Bu barədə “Haber Global” məlumat yayıb. Hadisə yerinə jandarm, polis, yanğınsöndürən və təcili tibbi yardım briqadaları cəlb edilib. Qəza nəticəsində 1 nəfər hadisə yerində həyatını itirib, 16 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb. İlkin tibbi yardım göstərildikdən sonra yaralılar yaxınlıqdakı xəstəxanalara çatdırılıb.