“Qarabağ”ın UEFA Konfrans Liqasının pley-off mərhələsində “Tvente” ilə ilk görüş üçün Niderlanda səfər planı müəyyənləşib. Bu barədə Azərbaycan təmsilçisinin Kommunikasiya departamentinin rəhbəri Anar Hacıyev məlumat verib. Klub rəsmisi komandanın oyundan bir gün əvvəl, günorta saatlarında yola düşəcəyini söyləyib. Komandanın baş məşqçisi Qurban Qurbanovun mətbuat konfransı Bakıda baş tutacaq. 54 yaşlı […]
Tramp: Hörmüz boğazındakı fəaliyyətə mane olacağı təqdirdə Omanı bombalayacağıq
Əgər Oman İranla münaqişə çərçivəsində Hörmüz boğazında ABŞ-nin fəaliyyətinə mane olarsa, Vaşinqton bu ölkəyə zərbələr endirəcək. ABŞ Prezidenti Donald Tramp bu barədə “Fox News”un jurnalisti Trey İnqsta müsahibəsində bildirib. “Əgər Oman yolumuza çıxarsa, biz onları bombalayacağıq”, – ABŞ Prezidenti bildirib. Tramp bu bəyanatı ABŞ və İran arasındakı atəşkəs razılaşmasının müddətinin […]
Bir qrup hərbçi və mülki işçi ölümündən sonra “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib
Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında və dövlət sərhədinin mühafizəsi üzrə xidməti vəzifələrinin icrası zamanı igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqları icra edərkən vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin aşağıdakı hərbi qulluqçuları və mülki işçisi ölümündən sonra 3-cü […]
İlham Əliyev Ukraynanın sabiq Prezidenti Viktor Yuşenko ilə görüşüb
Azərbaycan Prezidenti İlham Əliyev Bakıda səfərdə olan Ukraynanın sabiq Prezidenti Viktor Yuşenko ilə görüşüb. Bu barədə dövlət başçısı “X” hesabında qeyd edib. “20 ildən artıq davam edən tanışlığımız əsnasında xoş xatirələrimizi bölüşdük, Azərbaycan–Ukrayna münasibətlərinin möhkəmləndirilməsi istiqamətində gördüyümüz birgə işləri xatırladıq və əlaqələrin gələcək perspektivləri barədə fikir mübadiləsi apardıq. Görüş zamanı […]
İlham Əliyev indoneziyalı həmkarını Müstəqillik Günü münasibəti ilə təbrik edib
Azərbaycan Prezidenti İlham Əliyev indoneziyalı həmkarı Prabovo Subiantoya təbrik məktubu ünvanlayıb. Təbrikdə deyilir: “17 Avqust – İndoneziya Respublikasının Müstəqillik Günü münasibətilə Sizə və Sizin simanızda dost xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı çatdırıram. Hazırda Azərbaycan ilə İndoneziya arasında qarşılıqlı maraq doğuran bir sıra […]
Premyer Liqada I tura bu gün yekun vurulacaq
Misli Premyer Liqasının I turuna bu gün yekun vurulacaq. “Qarabağ” evdə “Şamaxı”nı qəbul edəcək. Baş hakim Rəvan Həmzəzadənin idarə edəcəyi görüş Tofiq Bəhramov adına Respublika stadionunda, saat 19:30-da start götürəcək. Misli Premyer Liqası I dövrə, I tur 17 avqust 19:30. “Qarabağ” – “Şamaxı” Hakimlər: Rəvan Həmzəzadə, Teymur Teymurov, Şirmamed Mamedov, […]
Azərbaycan pasportunun dünya reytinqindəki yeri açıqlandı – SIRALAMA
Azərbaycan pasportunun dünyadakı mövqeyi, vizasız səyahət imkanları və müxtəlif regionlara çıxış səviyyəsi ilə bağlı yeni göstəricilər açıqlanıb. 34 dildə 199 ölkə üzrə pasport hesabatları yayımlayan, Amerika Birləşmiş Ştatları mərkəzli müstəqilwww.passportreports.com/tr/ platformasının məlumatlarına əsasən, Azərbaycan pasportu qlobal pasport reytinqində 110-cu yerdə qərarlaşıb. Pasportun ümumi mobillik göstəricisi 82-dir. Bu isə Azərbaycan pasportu […]
Bakıda və rayonlarda bazar günü güclü külək əsəcək – XƏBƏRDARLIQ
Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə avqustun 16-da güclü külək əsəcək. Milli Hidrometeorologiya Xidməti bununla bağlı sarı və narıncı xəbərdarlıq verib. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında sarı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi, Naxçıvan MR, Cəbrayıl, Zəngilan, Füzuli, Ağdam, Mingəçevir, Yevlax, Tərtər, Bərdə, Cəlilabad, Biləsuvar, Gədəbəy, Göygöl, Ağstafa, […]
Livan İsrailin ölkənin cənubundakı hərbi obyektlərə hücumunu pisləyib
Livanın Baş naziri Nəvaf Salam İsrail Müdafiə Ordusunun ölkənin cənubunda “Hizbullah” qruplaşmasının infrastrukturuna hücumlarının ciddi təhlükə yaratdığını və sabitliyin möhkəmləndirilməsi səylərini sarsıtdığını bəyan edib. Bu barədə “Ynet” portalı məlumat yayıb. O əlavə edib ki, əgər Livan ərazisində hərbi obyektlər varsa, onların aradan qaldırılmasına görə məsuliyyət Livan ordusu və onun qanuni […]
Bardənin üç kəndində qaz olmayacaq
Avqustun 18-də Bardə rayonunun 3 kəndinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq. Bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb. Bildirilib ki, payız-qış mövsümünə hazırlıq işləri ilə əlaqədar 18.08.2026-cı il tarixində saat 10:00-dan işlər yekunlaşanadək Bərdə rayonunun Zümürxan, İmamqulubəyli və Çəmənli kəndlərinin qaz təchizatı dayandırılacaq.