Azərbaycan Prezidenti Türkmənistanda işgüzar səfərdədir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədovun dəvəti ilə avqustun 22-də Türkmənistana işgüzar səfərə gedib. Türkmənbaşı şəhərinin Beynəlxalq Aeroportunda dövlət başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Prezident İlham Əliyevi Türkmənistan Nazirlər Kabineti sədrinin ticarət üzrə müavini Nökərqulu Ataqulıyev və digər rəsmi şəxslər qarşılayıblar.

Ermənistan və Gürcüstan Bakı ilə İrəvan arasında Vaşinqton razılaşmalarını müzakirə edib

Ermənistan və Gürcüstan Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələr zamanı Cənubi Qafqaz regionunda cari hadisələr və Bakı ilə İrəvan arasında Vaşinqton razılaşmaları müzakirə edilib. Məsləhətləşmələr avqustun 21-də İrəvanda Gürcüstan xarici işlər nazirinin müavini Laşa Darsaliya və Ermənistan xarici işlər nazirinin müavini Vahan Kostanyanın sədrliyi ilə keçirilib. Tərəflər iki ölkə arasında […]

TDT Əqli Mülkiyyət Qurumlarının Rəhbərlərinin ikinci görüşü Azərbaycanda olacaq

Türk Dövlətləri Təşkilatı (TDT) Əqli Mülkiyyət Qurumlarının Rəhbərlərinin ikinci görüşü Azərbaycanda keçiriləcək. Bu barədə Bişkek şəhərində TDT-yə üzv dövlətlərinin Əqli Mülkiyyət Qurumlarının Rəhbərlərinin ilk görüşündə qərar qəbul olunub. Bildirilib ki, tədbirdə TDT, Azərbaycan, Qazaxıstan, Qırğız, Özbəkistan və Türkiyə nümayəndələri iştirak ediblər. Görüş zamanı müzakirə edilən əsas məsələlərdən biri Türk Dövlətləri […]

Lavrov: Putin bu ilin sonuna qədər Hindistana səfər edə bilər

Rusiya Prezidenti Vladimir Putin 2025-ci ilin sonuna qədər Hindistana səfər edə bilər, hazırda bu istiqamətdə hazırlıq aparılır. Bunu ölkənin xarici işlər naziri Sergey Lavrov Moskvada hindistanlı həmkarı Subramanyam Cayşankarla danışıqların yekunlarına dair mətbuat konfransında bildirib. “Ali səviyyədə, xarici siyasət idarələri və digər dövlət qurumları səviyyəsində siyasi dialoqlarımız yüksək dinamikaya malikdir. […]

DİM: Universitetlərə yerləşdirmənin nəticələri gələn həftə elan olunacaq

Ali təhsil müəssisələrinə yerləşdirmənin nəticələrinin növbəti həftənin əvvəlində elan olunması nəzərdə tutulur. Bu barədə “Report”un sorğusuna cavab olaraq Dövlət İmtahan Mərkəzindən bildirilib. Qeyd olunub ki, hazırda müsabiqə nəticələrinin emalı davam edir və ümumi müsabiqədən əvvəl ali təhsil müəssisələrinə (xüsusi təyinatlı təhsil müəssisələri, Azərbaycan – Fransız Universiteti, İ.M.Seçenov adına Birinci Moskva […]

Qazaxda köhnə xalça sexinin ərazisində yanğın olub

Qazax rayonu, Heydər Əliyev küçəsində köhnə xalça sexinin ərazisində yanğın baş verib. Bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib. Bildirilib ki, FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Qazax rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri əraziyə cəlb olunub. Yanğın genişlənməsinə, o cümlədən yaxınlıqdakı tikililərə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb. Yanğın nəticəsində […]

Avropada təbii qazın qiyməti artıb

Avropada təbii qazın birja qiymətləri cümə axşamı səhər saatlarında təxminən 1 % artıb. Bu, ICE London birjasının məlumatlarından bəlli olub. TTF indeksi (Avropanın Nidelandda yerləşən ən böyük habı) üzrə sentyabr fyuçersləri 1 000 kubmetr üçün 386,9 ABŞ dolları (+0,7 %) səviyyəsində ticarətə başlayıb. Daha sonra qiymət 1 000 kubmetr üçün […]