Yol polisindən “Son zəng”lə bağlı valideynlərə XƏBƏRDARLIQ

Oxunma vaxtı:51 Saniyə

Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi (DYP) iyunun 14-də keçiriləcək “Son Zəng” günü ilə bağlı məzunlara və valideynlərə müraciət edib.

“Unikal” xəbər verir ki, idarənin baş inspektoru, polis mayoru Araz Əsgərli  bildirib ki, valideynlərin həmin gün avtomobilləri övlalarına həvalə etmə hallarına rast gəlinir:
“Əziz valideynlər və məzunlar. Hər birinizi dərs ilinin başa çatmağı münasibəti ilə təbrik edirik. Hər il olduğu kimidə bu il də Təhsil Nazirliyi tərəfindən məzunların “Son zəng” tədbirini hansı qaydada keçirilməsi ilə bağlı ictimaiyyətə məlumat verilib. Yol polisi olaraq bildirmək istəyirik ki, ötən illərdə Son zəng günü müxtəlif formalarda xoşagəlməz hadisələrin baş verdiyinin cəmiyyət olaraq şahidi olmuşuq! Çox təəssüf ki, bəzi valideynlər övladlarına avtomobil həvalə edirlərki, həmin avtomobillərlədə müxtəlif qəzalar, bədbəxt hadisələr baş verə bilər. Belə hadisələrin olmaması üçün bir daha valideynlərə xəbardarlıq edirik ki, idarə etmə hüququ olmayan şəxslərə sükanı həvalə etməsinlər. Bu ilk öncə inzibati xətadır. Belə hallarda bəzən ictimai əsayişin pozulması halları da müşahidə olunur. Qəzaların və bədbəxt hadisələrin baş verməməsi üçün bu əməldən çəkinməyi xahiş edirik”.

Loading

Next Post

Çayın səviyyəsi aşağı düşüb, ruslar gələ bilər - Qayday

Severdonetskdə çayın səviyyəsi üç metr aşağı düşüb. Buna görə də rus işğalçıları Beloqorovkada daha bir dayaq açmaq üçün çayı keçməyə cəhd edə bilərlər. Bu barədə Luqansk vilayət administrasiyasının rəhbəri Sergey Qayday məlumat verib. “İkinci həftədir ki, hava isti, günəşli, yağış yoxdur. Çayda suyun səviyyəsi xeyli aşağı düşüb. Hətta Beloqorovkada çayı […]