Nəsimi Rayon İcra Hakimiyyətinin yeni başçısı kollektivə təqdim olunub

Oxunma vaxtı:23 Saniyə

Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə yeni təyin olunan Tahir Budaqov kollektivə təqdim olunub.

Təqdimatı Azərbaycan Prezidentinin köməkçisi – Ərazi-təşkilat məsələləri şöbəsinin müdiri Zeynal Nağdəliyev edib.

Rayon ictimaiyyətinin nümayəndələrinin iştirakı ilə baş tutan təqdimatda Zeynal Nağdəliyev çıxış edib və ölkə başçısının tapşırıq və tövsiyələrini çatdırıb.

T.Budaqov ona göstərilən etimada görə minnətdarlıq edib.

Qeyd edək ki, Tahir Budaqov 2026-cı il fevralın 9-da Prezident İlham Əliyevin sərəncamı ilə Nəsimi rayonuna icra başçısı təyin olunub.

Nəsimi Rayon İcra Hakimiyyətinin yeni başçısı kollektivə təqdim olunub

Loading

Next Post

Ermənistanda məhkəmə müxalif deputatın daşınmaz əmlakı və 700 min dollarını müsadirə edə bilər

Ermənistanda Antikorrupsiya Məhkəməsi “Daşnaksütyun” partiyasının ali orqanının nümayəndəsi, müxalifətdəki “Ermənistan” fraksiyasından olan deputat İşxan Saqatelyanın mənbyi bilinməyən əmlaklarını və 700 min dollar məbləğində pul vəsaitini müsadirə edə bilər. Bu barədə Ermənistan KİV-ləri nəzarət qurumuna istinadən məlumat yayıb. Məhkəmə Baş Prokurorluğun müvafiq iddiasını icraata qəbul edib. Məlumatda qeyd olunub, 5 daşınmaz […]