Nazir: “Bəzi müəllimlər məktəblərə qeyri-qanuni şəkildə yol tapıb”

Oxunma vaxtı:27 Saniyə

“Azərbaycanda təhsil alanların öyrənmə xüsusiyyəti ilə bağlı bir dənə də olsa elmi iş yoxdur”.

Dogrusoztv.Az Report-a istinadla xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev Gənc müəllimlərin II Forumunda deyib.

Nazir vurğulayıb ki, 1990-cı illərdə ölkənin çətin dövrlərində bəzi müəllimlər məktəblərə qeyri-qanuni şəkildə yol tapıb:

“Bu gün Azərbaycan təhsili bundan əziyyət çəkir. Artıq vaxtı çatıb ki, ayırd etməni aparaq. Biz bu gün aparılan diaqnostik qiymətləndirmə ilə bu kimi halları aradan qaldırmağa çalışırıq. Təbii ki, təkmilləşməyə ehtiyacı olan müəllimlər də təkmilləşmə kurslarına cəlb olunacaq”.

Loading

Next Post

Bazar gününə olan HAVA PROQNOZU

İyunun 12-nə gözlənilən hava şəraiti açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Cənub küləyi əsəcək. Havanın temperaturu gecə 18-21, gündüz 25-29, Bakıda gecə 19-21, gündüz 27-29 dərəcə isti olacaq. Atmosfer təzyiqi 759 mm civə sütununda 755 mm civə sütununa […]