“Prius” sahiblərinə ŞAD XƏBƏR: Kiçik mühərrikli avtomobilləri sığortalamayan şirkətlər CƏZALANDIRILACAQ

alfonsonri
Oxunma vaxtı:1 Dəqiqə, 4 Saniyə

Kiçik mühərrikli avtomobillərin icbari sığortasından imtina edən sığorta şirkətləri cəzalandırılacaq.

Bu barədə “APA-Economics”in sorğusuna cavab olaraq tənzimləyici orqan olan Azərbaycan Mərkəzi Bankından bildirilib.

Məlumatda deyilir ki, Mülki Məcəllənin 907.2-ci və “İcbari sığortalar haqqında” Qanunun 23.3-cü maddələrinə əsasən, icbari sığorta növünü aparmağa icazəsi olan sığortaçı müvafiq riskləri sığorta etdirmək üçün müraciət edən və sığorta marağı olan şəxslə icbari sığorta müqaviləsi bağlamaqdan imtina edə bilməz. Odur ki, istənilən avtomobilin, o cümlədən mühərrikin həcmi 2001 kubsantimetrdən aşağı olan avtomobillərin sığortalanmasından imtina oluna bilməz.

AMB-dən bildirilib ki, belə faktlarla qarşılaşan vətəndaşlar dərhal Mərkəzi Bankın “qaynar xətt”inə (966) müraciət edə bilərlər. Qurumdan o da qeyd edilib ki, müvafiq faktların aşkarlandığı halda Mərkəzi Bank tərəfindən hüquq pozuntusuna yol verən sığortaçılara qarşı qanunvericiliyə uyğun olaraq nəzarət tədbirləri tətbiq olunacaq.

Xatırladaq ki, artıq bir müddətdir ki, əksər sığorta şirkətləri qeyri-rəsmi olaraq sözügedən avtomobillərin icbari sığortasından imtina edirlər. Xüsusilə “Toyota Prius” avtomobillərinin sahibləri bu barədə xeyli şikayət ediblər. 

Sığorta agentləri “APA-Economics”ə bildirmişdilər ki, sığorta şirkətləri tərəfindən onlara mühərrik həcmi iki min kubsantimetrə (2.0 l. mühərrik) qədər avtomobillərə icbari sığorta polisi yazmamaq haqqında tapşırıq verilib. Hətta şirkətlər əməkdaşlıq etdikləri sığorta agentləri ilə yenilədikləri müqavilələrdə belə, bu bəndi əlavə ediblər. Bu tələbə əməl etməyən agentlər isə sığorta şirkətləri tərəfindən cərimə edilirlər.

Loading

Next Post

Azərbaycanda vəzifəli şəxs 341 min manatlıq dələduzluq ittihamı ilə həbs edilib

Azərbaycan Sambo və Kikboksinq federasiyalarının sabiq vitse-prezidenti həbs edilib. Trend-in məlumatına görə, peşəkar idmançı Səbuhi Vaqif oğlu (Səbuhi Rəcəb) 341 min manatlıq dələduzluqda ittiham olunur. Bakı Ağır Cinayətlər Məhkəməsində onun barəsində başlanan cinayət işi üzrə məhkəmə prosesi başlayıb. Hakim Əli Məmmədovun sədrliyi ilə keçirilən hazırlıq iclasında ittiham olunan şəxsin anket […]