Azərbaycan Müdafiə Nazirliyi ilə Latviya Müdafiə Nazirliyi arasında müdafiə sahəsində əməkdaşlıq haqqında saziş təsdiq edilib. Bununla bağlı Prezident İlham Əliyev fərman imzalayıb. Sənədə əsasən, 2022-ci il aprelin 26-da Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə Latviya Respublikasının Müdafiə Nazirliyi arasında müdafiə sahəsində əməkdaşlıq haqqında Saziş” təsdiq edilib.
“TEXNOFEST” Aviasiya, Kosmos və Texnologiya Festivalı Ukrayna, İndoneziya, Özbəkistan kimi ölkələrdə də keçiriləcəkBunu “Bayraktar TB2” pilotsuz uçuş aparatlarının yaradıcısı, “Baykar Savunma” şirkətinin texniki direktoru Selçuk Bayraktar deyib.“Əlbəttə bizim üçün qardaş ölkə Azərbaycan hər zaman birincidir. Düşünürəm ki, bu festival iki qardaş ölkənin kosmos dövlətinə çevrilməsi istiqamətində mühüm rol oynayacaq”, – […]