Mövqelərimiz atəşə tutuldu

alfonsonri
Oxunma vaxtı:17 Saniyə

Mayın 21-i saat 16:30 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədinin Basarkeçər rayonunun Aşağı Şorca yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Yellicə yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini müxtəlif çaplı silahlardan istifadə edərək atəşə tutub.
Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilir ki, ordumuzun bölmələri tərəfindən qeyd olunan istiqamətdə adekvat cavab tədbirləri görülüb.

Loading

Next Post

Türkiyənin “Akıncı” pilotsuz uçuş aparatları Bakıda - VİDEO

Türkiyənin Tekirdağ əyalətinin Çorlu rayonundan səmaya qalxan “Akıncı” pilotsuz uçuş aparatları Gürcüstanı keçərək Bakıya enib. Bu barədə Türkiyənin “Baykar” şirkətinin “Twitter“ hesabında məlumat yayılıb. Təxminən 2000 kilometr məsafə qət edən “Akıncı”lar üç ölkəni keçərək uğurlu uçuş həyata keçirib. Qeyd edək ki, “TEKNOFEST Azərbaycan” festivalı mayın 26-dan 29-a qədər keçiriləcək.