Rusiya Finlandiyaya qaz tədarükünü dayandırdı

alfonsonri
Oxunma vaxtı:22 Saniyə

Finlandiyanın “Gasgrid Finland” qaz-nəqliyyat şirkəti Rusiyadan qaz tədarükünün dayandığını bildirib.

Bu barədə şirkətin açıqlamasında deyilir.

Qeyd olunur ki, hazırda Finlandiyaya təbii qaz digər bazar iştirakçıları tərəfindən tədarük olunur. Eyni zamanda, ölkədə qaz sisteminin hazırda stabil olduğu deyilir.

Xatırladaq ki, ötən gün “Qazprom” şirkəti mayın 21-i səhər saatlarından etibarən Finlandiyaya qaz verilişini dayandıracağını elan etmişdi. Bu qərar Finlandiyanın aprel tədarükləri ilə bağlı ödəniş etməməsi və rublla ödənişə razı olmaması ilə əlaqədar verilib.

Loading

Next Post

May ayında “qeyri-standart” hava: Azərbaycanda 10 santimetrdən çox qar yağıb

Ötən gün axşam saatlarından başlayaraq Quba rayonunun Xınalıq kəndinə qar yağıb.Kənd sakinlərinin APA-ya verdikləri məlumata görə, yaşayış məntəqəsində qarın hündürlüyü 10 santimetrdən çoxdur.Qarın yağması ilə dağlıq ərazilərdə temperatur aşağı düşüb.Qubanın digər ucqar dağ kəndlərinə də qar yağdığı bildirilir.