XİN-dən Ukraynadakı Azərbaycan vətəndaşlarının təxliyəsi ilə bağlı AÇIQLAMA

Oxunma vaxtı:28 Saniyə

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi Ukraynanı tərk edərək qonşu dövlətlərə daxil olan Azərbaycan vətəndaşlarının təxliyyə olunması ilə bağlı məlumat yayıb.

Doğrusöztv.Az bildirir ki, Nazirliyin Mətbuat xidməti idarəsindən daxil olan məlumata görə, Ukraynadakı vəziyyətlə əlaqədar, ölkəni tərk edərək qonşu dövlətlərə daxil olan Azərbaycan vətəndaşlarının təxliyəsini həyata keçirmək üçün bu ilin 28 fevral tarixində Azərbaycan dövləti tərəfindən iki çarter reysinin təşkil edilməsi nəzərdə tutulub.

Rumıniya ərazisindən reallaşdırılacaq çarter reyslərindən birincisi, Türkiyənin Tailwind şirkəti vasitəsilə 168 Azərbaycan vətəndaşının, Azərbaycan hava yolları ilə həyata keçiriləcək növbəti çarter reysi ilə isə 174 vətəndaşımızın Azərbaycana gətirilməsi planlaşdırılır.

Loading

Next Post

Zelenski Rusiyaya danışıq yeri üçün Bakını təklif etdi

“Varşava, İstanbul, Bakı – biz bu şəhərləri danışıqlar üçün Rusiyaya təklif etmişik. Və raketlərin Ukraynaya uçmadığı hər hansı digər şəhər”. Doğrusöztv.Az xəbər verir ki, bunları Ukrayna Prezidenti Volodimir Zelenski deyib. Zelenski bildirib ki, Kiyev Rusiya ilə sülh və danışıqlar istəyir. Ukrayna lideri belaruslulara müraciət edərək, ölkənin yenidən mehriban və təhlükəsiz […]