Zelenski Rusiyaya danışıq yeri üçün Bakını təklif etdi

Oxunma vaxtı:26 Saniyə

“Varşava, İstanbul, Bakı – biz bu şəhərləri danışıqlar üçün Rusiyaya təklif etmişik. Və raketlərin Ukraynaya uçmadığı hər hansı digər şəhər”.

Doğrusöztv.Az xəbər verir ki, bunları Ukrayna Prezidenti Volodimir Zelenski deyib.

Zelenski bildirib ki, Kiyev Rusiya ilə sülh və danışıqlar istəyir.

Ukrayna lideri belaruslulara müraciət edərək, ölkənin yenidən mehriban və təhlükəsiz olmasını arzulayıb.

Ukrayna Prezidenti Belarusda danışıqlara başlamaq təklifindən xəbərdar olduğunu bildirib. Zelenskinin sözlərinə görə, Kiyev onun tərəfində hərbi əməliyyatlar olmasaydı, Belarusda danışıqlara razı olardı.

Zelenski bildirib ki, başqa şəhərlər danışıqlar üçün platforma ola bilər, lakin Belarusda deyil.

Loading

Next Post

Ukraynada həlak olan azərbaycanlıların kimliyi məlum oldu

Ukraynanın Odessa şəhərində həlak olan azərbaycanlıların kimliyi məlum olub. Doğrusöztv.Az Milli.Az -a istinadən bildirir ki, onlar Rəhim İsmayılov, Qabil İsmayılov və Nemət İsmayılovdur. Hər üç şəxs yaxın qohumdurlar. Xatırladaq ki, ötən gecə Odessa şəhərini tərk etmək istəyən həmvətənlərimizin avtomobil karvanı diversiya qrupu tərəfindən atəşə tutulub. Nəticədə 3 azərbaycanlı dünyasını dəyişib.