Azərbaycan və Gürcüstan xarici işlər nazirləri arasında telefon danışığı olub

Oxunma vaxtı:34 Saniyə

14 fevral 2022-ci il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Gürcüstan xarici işlər naziri David Zalkaliani arasında telefon danışığı baş tutub.

Doğrusöztv.Az bildirir ki, Xarici İşlər Nazirliyindən  verilən məlumata görə, C.Bayramov, dünən Gürcüstan ərazisində baş vermiş zəlzələ ilə bağlı gürcü həmkarından ölkədə mövcud olan vəziyyəti sorğu edib. Azərbaycanın, ehtiyac duyulduğu təqdirdə, hər zaman dost Gürcüstana yardım etməyə hazır olduğunu ifadə edib.

D.Zalkaliani zəlzələnin ciddi fəsadlar doğurmadığını söyləyib və nümayiş etdirilən həmrəyliyə görə Azərbaycanlı həmkarına təşəkkürünü bildirib.

Nazirlər, inkişaf etməkdə olan ikitərəfli münasibətlərin aktual mövzularını, habelə regional məsələləri müzakirə ediblər.

Tərəflər, həmçinin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq və qarşıdan gələn aylarda keçiriləcək tədbirlər üzrə fikir mübadiləsi aparıblar.

Loading

Next Post

Ramiz Mehdiyev istefa verməlidir - Səttar Möhbalıyev

AMEA-nın prezidenti Ramiz Mehdiyev özünü çox çətin və çıxılmaz vəziyyətə salıb. Hər gün tənqid girdabında çabalayır. Onu da deyim ki, bu durumu yaradan Ramiz Mehdiyevin özüdür. Məni düşündürən odur ki, 30 ilə yaxın müddətdə ölkənin hakim komandasında yüksək rəhbər vəzifə tutan Ramiz Mehdiyev niyə özünü bu çətin duruma salıb. Bax, […]