Türk Dövlətləri Təşkilatına (TDT) üzv dövlətlərin liderlərinin növbəti Zirvə Görüşünün keçiriləcəyi tarix və yer açıqlanıb. Doğrusöztv.Az-ın məlumatına görə, təşkilatın Ağsaqqallar Şurasının İstanbulda keçirilən iclasında çıxış edən Baş katib Bağdad Amreyev qeyd edib ki, növbəti Zirvə Görüşü 11 noyabr 2022-ci ildə Özbəkistanda keçiriləcək. Onun sözlərinə görə, artıq baş katiblik tərəfindən Zirvə Görüşünə hazırlıq başlayıb. Xatırladaq ki, bundan öncə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII Zirvə Görüşü 2021-ci il noyabrın 12-də İstanbulda keçirilib.
Azərbaycan Ermənistanla sərhədin delimitasiya və demarkasiya prosesinə qeyd-şərt olmadan başlamağa hazırdır. Mən bugünkü görüşdə bu məsələni Moldovalı həmkarımın diqqətinə çatdırdım. Doğrusöztv.Az-ın məlumatına görə, bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Azərbaycanda səfərdə olan Moldovanın Xarici İşlər və Avropaya İnteqrasiya naziri Niku Popesku ilə birgə mətbuat konfransında deyib. Nazir bildirib ki, […]