Ankara-Yerevan münasibətlərinin normallaşması regionda ümumi vəziyyətin sağlamlaşdırılmasına xidmət edə bilər – Rusiya XİN rəsmisi

Oxunma vaxtı:27 Saniyə

Biz hesab edirik ki, Yerevanla Ankara arasında münasibətlərin normallaşması regionda ümumi vəziyyətin sağlamlaşdırılmasına xidmət edə bilər.

Doğrusöztv.Az-ın məlumatına görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova brifinq zamanı deyib.

“Tarixi perspektivdə bu iki ölkə arasında münasibətləri yaxşılaşdırmaq istəyən bir ölkə olaraq bizim tərəfimizdən az iş görülməyib. Bu məqsədlə tərəflərin xüsusi nümayəndələr təyin etməsi münasibətlərin normallaşdırılması niyyəti baxımından məntiqli və ağıllı addımdır. Rusiya dəfələrlə vasitəçilik səyləri göstərməyə, bu tənzimləmədə rol oynamağa hazır olduğunu, istənilən şəkildə təmasın təşkil olunmasında vasitəçiliyin reallaşdırılmasının mümkünlüyünü vurğulayıb”, – M.Zaxarova deyib.

Loading

Müəllif

Seyid İsmayıl Abbasov

Doğrusöztv.Az və Doğru Söz qəzetin Təsisçisi və Baş Redaktoru
Next Post

Milli Məclis Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya təbrik məktubu göndərib

Milli Məclis adından Azərbaycan Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə təbrik məktubu göndərilib. Doğrusöztv.Az-ın məlumatına görə, bu barədə Milli Məclisin spikeri Sahibə Qafarova parlamentin bu gün keçirilən iclasında bildirib. Qeyd edək ki, bu gün Milli Məclisin payız […]