Füzuli tezliklə çiçəklənmə və xoşbəxtlik şəhəri olacaq – Hikmət Hacıyev (VİDEO)

Oxunma vaxtı:31 Saniyə

Biz Fizuli şəhərinin Ermənistan tərəfindən dağıdılmış Mədəniyyət Mərkəzinin binası qarşısındayıq. Musiqinin köməyi ilə dünyaya sülh və dözümlülük müraciəti edirik. Kabus şəhəri Füzuli tezliklə çiçəklənmə və xoşbəxtlik şəhəri olacaq.

Trend xəbər verir ki, bu barədə xarici diplomatlarla, hərbi attaşelərlə Füzuli rayonuna səfər edən Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev özünün tvitterdəki səhifəsində bildirib.

Qeyd edək ki, Azərbaycandakı diplomatik korpusun nümayəndələri, o cümlədən səfirlər, hərbi attaşelər və beynəlxalq təşkilatların ölkəmizdəki nümayəndəliklərinin rəhbərləri Ermənistanın işğalından azad olunmuş Füzuli şəhərinə səfər ediblər.

Səfərin məqsədi diplomatları və hərbi attaşeləri Füzuli şəhərində Ermənistan silahlı qüvvələrinin törətdikləri vəhşiliklər, cinayət izləri ilə tanış etməkdir.

Loading

Müəllif

Seyid İsmayıl Abbasov

Doğrusöztv.Az və Doğru Söz qəzetin Təsisçisi və Baş Redaktoru
Next Post

Vətəndaşlar yazırlar: Müzəffər Ali Baş Komandan, Siz rəşadətli Ordumuzla yeni tarix yazdınız, yeni qəhrəmanlıq salnaməsi yaratdınız

Azərbaycan vətəndaşları, xaricdə yaşayan soydaşlarımız Qarabağ müharibəsində qazandığımız tarixi Qələbə münasibətilə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə məktublar ünvanlamaqda davam edirlər. Sevinc hisslərini ifadə etdikləri məktublarda onlar dövlətimizin başçısına minnətdarlıqlarını bildirir, Zəfər təbriklərini çatdırırlar. Doğrusöztv.Az Prezidentin saytına istinadla həmin məktubların bir neçəsini təqdim edir. Gürcüstanın Marneuli rayonundan Hacı Xəlilov […]