İran da Zəngəzur dəhlizinin imkanlarından faydalana biləcək – İranın sabiq səfiri

Oxunma vaxtı:47 Saniyə
Trend Logo Cut

 AZ https://572b00f800be4626114b7a05d40c22f5.safeframe.googlesyndication.com/safeframe/1-0-38/html/container.html

İran da Zəngəzur dəhlizinin imkanlarından faydalana biləcək – İranın sabiq səfiri

SİYASƏT4 Dekabr 2021 12:25 (UTC+04:00)

İran da Zəngəzur dəhlizinin imkanlarından faydalana biləcək - İranın sabiq səfiri

İran da Zəngəzur dəhlizinin imkanlarından faydalana biləcək.

Doğrusöztv.Az-ın məlumatına görə, bunu İranın Azərbaycandakı sabiq səfiri Möhsün Pakayin deyib.

M.Pakayinin sözlərinə görə, Zəngəzur dəhlizi Şərq-Qərb nəqliyyat dəhlizinin bir hissəsi hesab olunur və onun bərpası İran-Ermənistan sərhədinə hər hansı zərbə olmayacaq.

“Çünki region ölkələrinin ərazi bütövlüyü çərçivəsində bu dəhliz bərpa olunacaq. İranın müxtəlif rəsmilərinin mövqeləri də onu göstərir ki, Tehran SSRİ dövründən qalan ənənəvi yolların bərpa olunmasına qarşı deyil, hətta buna müsbət yanaşır”, – deyə o bildirib.

Sabiq səfir deyib ki, Azərbaycan və Ermənistan arasında münasibətlər yaxşılaşarsa, ənənəvi yollardan dinc şəkildə istifadə olunarsa, bölgədə təhlükəsizlik artmış olacaq: “Və biz İranın Azərbaycanla, Ermənistanla birgə sərhədlərində təhükəsizliyin bərpa olunduğunun şahidi olacağıq”, – keçmiş diplomat əlavə edib.

Loading

Müəllif

Seyid İsmayıl Abbasov

Doğrusöztv.Az və Doğru Söz qəzetin Təsisçisi və Baş Redaktoru
Next Post

Helikopter qəzasında yaralanan hərbçilərin vəziyyəti açıqlanıb

Dövlət Sərhəd Xidmətinin Mi-17 tipli hərbi helikopterinin Xızı rayonu ərazisində yerləşən “Qaraheybət” aviasiya poliqonunda qəzaya uğraması nəticəsində yaralanan hərbi qulluqçuların son durumu açıqlanıb. Doğrusöztv.Az xəbər verir ki, Qurumun Mətbuat Mərkəzindən bildirilib ki, Xidmətin hospitalına yerləşdirilən polkovnik-leytenant Emil Cəfərov və kapitan Ramin Ədilovun müalicələri davam etdirilir. “Hazırda hər iki hərbi qulluqçunun […]