Azərbaycan Türkiyəyə 500 nəfərlik heyət, helikopterlər, lazımi avadanlıq və ləvazimatlar göndərir

Oxunma vaxtı:32 Saniyə

İyulun 30-da Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov ilə Türkiyə Respublikasının Vitse-prezidenti Fuat Oktay arasında telefon danışığı olub.

Doğrusöztv.Az bildirir ki, Nazirlər Kabinetindən verilən məlumata görə, telefon danışığı əsnasında Türkiyədə davam edən meşə yanğınları ilə əlaqədar bildirilib ki, Azərbaycan hər zaman olduğu kimi, bu çətin məqamda da qardaş ölkənin yanındadır. Meşə yanğınları ilə mübarizədə Azərbaycanın Türkiyəyə hər cür yardım göstərməyə və bunun üçün bütün lazımi qüvvələri səfərbər etməyə hazır olduğu vurğulanıb.

Qeyd edilib ki, Azərbaycan Respublikası Prezidentinin müvafiq tapşırıq və göstərişlərinə əsasən Fövqəladə Hallar Nazirliyinin 500 nəfərdən ibarət şəxsi heyəti, helikopterlər, həmçinin digər lazımi avadanlıq və ləvazimatlar ən qısa zamanda qardaş Türkiyəyə göndəriləcəkdir.

Loading

Müəllif

Seyid İsmayıl Abbasov

Doğrusöztv.Az və Doğru Söz qəzetin Təsisçisi və Baş Redaktoru
Next Post

MN açıqlama yaydı, Ermənistan sözünü dəyişdi

Ermənistan Müdafiə Nazirliyinin sosial şəbəkə hesabında ötən gün gecə saatlarında guya Azərbaycan PUA-larını vurmaları barədə yaydığı xəbəri Azərbaycan Müdafiə Nazirliyi dərhal, 02:22-də təkzib etməsindən sonra İrəvan “düzəliş” etmək məcburiyyətində qalıb.Axar.az xəbər verir ki, Azərbaycan ordusuna məxsus PUA-nın Ermənistan MN Geqarkunik istiqamətində “sərhədi keçməyə cəhd etdiyini” iddia edib. Bildirilib ki, Ermənistan […]