Azərbaycan enerji sahəsində Aİ-nin güclü tərəfdaşıdır – Avrokomissar

Oxunma vaxtı:35 Saniyə

Azərbaycan enerji sahəsində Avropa İttifaqının güclü tərəfdaşıdır.

Doğrusöztv.Az – ın məlumatına görə, bunu Aİ-nin genişlənmə məsələləri və qonşuluq siyasəti üzrə Avropa komissarı Oliver Varheli Bakıya səfərinin yekunları ilə bağlı mətbuat konfransında deyib.

O bildirib ki, Azərbaycanın inkişafı həm də, digər region ölkələrinin inkişafından asılıdır: “Biz Azərbaycanda ölkənin və regionun gələcək inkişaf yollarını müzakirə etdik. Qeyd olunub ki, regionda mütəşəkkil əlaqənin olmaması onun inkişafına mənfi təsir göstərir”.

Avrokomissar Qara və Xəzər dənizləri arasında birbaşa əlaqənin qurulmasının, eləcə Azərbaycan ərazisindən ticarət marşrutlarının yaradılmasının vacibliyini vurğulayıb: “Ölkənin energetika və iqtisadiyyat nazirləri ilə görüşlər zamanı enerji inkişafı məsələləri müzakirə olunub. Azərbaycan Aİ-nin bu sektorda güclü tərəfdaşdır. Biz bu əməkdaşlığın inkişafı, xüsusilə də “yaşıl” enerjiyə keçid baxımından imkanları müzakirə etmişik”.

Loading

Müəllif

Seyid İsmayıl Abbasov

Doğrusöztv.Az və Doğru Söz qəzetin Təsisçisi və Baş Redaktoru
Next Post

Prezident Administrasiyasının rəhbəri Aİ-nin Qonşuluq və Genişlənmə üzrə Komissarı ilə görüşüb (FOTO)

İyulun 8-də Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri Samir Nuriyev ölkəmizdə səfərdə olan Avropa İttifaqının (Aİ) Qonşuluq və Genişlənmə üzrə Komissarı Oliver Varhelyi ilə görüşüb. Doğrusöztv.Az xəbər verir ki, görüşdə Avropa İttifaqı ilə Azərbaycan arasında müxtəlif sahələr üzrə əməkdaşlığın uğurla inkişaf etdiyi qeyd olunub, Azərbaycanın Avropa İttifaqının etibarlı tərəfdaşı olduğu bildirilib. Avropa […]