Prezident İlham Əliyev Gürcüstan Baş nazirinə telefonla zəng edib

Oxunma vaxtı:35 Saniyə
Trend Logo Cut

 AZ 

Prezident İlham Əliyev Gürcüstan Baş nazirinə telefonla zəng edib

SİYASƏT28 İyun 2021 20:17 (UTC+04:00)

Prezident İlham Əliyev Gürcüstan Baş nazirinə telefonla zəng edib

Bakı. Trend:

İyunun 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Gürcüstanın Baş naziri İrakli Qaribaşviliyə telefonla zəng edib.

Doğrusöztv.Az-ın məlumatına görə, dövlətimizin başçısı İrakli Qaribaşvilini ad günü münasibətilə təbrik edib, ona fəaliyyətində uğurlar, möhkəm cansağlığı arzulayıb.

İrakli Qaribaşvili göstərilən diqqətə və təbrikə görə Azərbaycan Prezidentinə minnətdarlığını bildirib.

Prezident İlham Əliyev və Baş nazir İrakli Qaribaşvili Azərbaycanla Gürcüstan arasında dostluq və qardaşlıq münasibətlərinin müxtəlif sahələrdə uğurla inkişaf etdiyini vurğulayaraq, əlaqələrin bundan sonra da möhkəmlənəcəyinə əminlik ifadə ediblər.

Söhbət zamanı ikitərəfli münasibətlərin müxtəlif aspektlərinə dair məsələlər müzakirə olunub.

Loading

Müəllif

Seyid İsmayıl Abbasov

Doğrusöztv.Az və Doğru Söz qəzetin Təsisçisi və Baş Redaktoru
Next Post

Laçında yük avtomobili qəzaya uğrayıb, iki hərbi qulluqçu həlak olub - Müdafiə Nazirliyi

İyunun 28-də günorta saatlarında Laçın rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş verib. Doğrusöztv.Az bildirir ki, Müdafiə Nazirliyindən Trend-in sorğusuna cavab olaraq bildirilib ki, “KamAZ” markalı hərbi yük avtomobilinin qəzaya uğraması nəticəsində Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları – kiçik çavuş Zeynallı Coşqun Çingiz oğlu və əsgər Rəhimli Orxan […]