Əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması üçün 20 milyon manat ayrıldı – SƏRƏNCAM

Oxunma vaxtı:32 Saniyə

Prezident İlham Əliyev əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması işlərinin davam etdirilməsinə dair əlavə tədbirlər haqqında Sərəncam imzalayıb.

Doğrusöztv.Az Milli.Az -a istinadən bildirir ki, sərəncamda qeyd edilir:

– Əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması, habelə əkin dövriyyəsinə əlavə torpaqların cəlb olunması işlərinin davam etdirilməsi və bu istiqamətdə yeni layihələrin hazırlanması məqsədilə Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə 20,0 (iyirmi) milyon manat ayrılsın.

– Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.

– Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

Loading

Müəllif

Seyid İsmayıl Abbasov

Doğrusöztv.Az və Doğru Söz qəzetin Təsisçisi və Baş Redaktoru
Next Post

Prezident İlham Əliyev "8 Noyabr" stansiyasında yaradılan şəraitlə tanış olub - VIDEO - FOTO

Mayın 29-da Bakı Metropoliteninin “8 Noyabr” stansiyası istifadəyə verilib. Doğrusöztv.Az Milli.Az -a istinadən bildirir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev stansiyada yaradılan şəraitlə tanış olub. “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin sədri Zaur Hüseynov dövlətimizin başçısına stansiya barədə məlumat verdi. Bildirildi ki, ümumi uzunluğu 363,34 metr olan Bakı Metropoliteninin 26-cı, “Bənövşəyi” xəttin 3-cü […]