Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Qəbələnin Nic qəsəbəsində 1 saylı orta məktəbdə və Müqəddəs Yelisey adına Cotari kilsəsində olublar – FOTO

Oxunma vaxtı:1 Dəqiqə, 15 Saniyə

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva mayın 15-də Qəbələnin Nic qəsəbəsində 1 saylı orta məktəbdə və Müqəddəs Yelisey adına Cotari kilsəsində olublar.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, dövlətimizin başçısı İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva əvvəlcə Nic qəsəbəsindəki 1 saylı orta məktəbə gəldilər.

Məlumat verildi ki, 1857-ci ildə inşa edilən bu məktəbdə hazırda 135 şagird təhsil alır.

XXX

Sonra Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Müqəddəs Yelisey adına Cotari kilsəsində oldular, burada şam yandırdılar.

Bildirildi ki, Nic qəsəbəsindəki bu kilsə də Heydər Əliyev Fondu tərəfindən 2006-cı ildə əsaslı bərpa olunaraq Alban-Udi Xristian dini icmasının istifadəsinə verilib. Müqəddəs Yelisey kilsəsi 1823-cü ildə tikilib.

Tolerantlığın kiçik modeli olan Nic qəsəbəsində hazırda 3 kilsə, 2 məscid var. Dünyadakı 10 minə yaxın udinin 4 minə yaxını Qəbələnin Nic qəsəbəsində yaşayır.

-Bu, bizim kilsənin, alban kilsələrinin simvoludur.

Prezident İlham Əliyev: O, xaçın təsviridir?

-Bəli, cənab Prezident, səkkizlik. Bizdə müqəddəs olan səkkiz dənə xaçdır, on iki dənə apostol səkkizlik. Biz bunu Tuğda da gördük.

Burada xatirə şəkilləri çəkdirildi.

-Çox sağ olun, Allah Sizi qorusun. Sizin dəstəyinizi hər yerdə görürük, bu bizim üçün çox xoşdur.

Prezident İlham Əliyev: Çox sağ olun, həmişə sizinlə birlikdə olacağam.

-Tez-tez gedəcəyik Qarabağ bölgəsinə. Biz də Allahın köməyi ilə bu mühiti saxlayacağıq.

Birinci xanım Mehriban Əliyeva: Sağ olun.

Leyla Əliyeva: Sağ olun.

Prezident İlham Əliyev: Sağ olun.

Məqaləyə dair fotomateriallar:

Loading

Müəllif

Seyid İsmayıl Abbasov

Doğrusöztv.Az və Doğru Söz qəzetin Təsisçisi və Baş Redaktoru
Next Post

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Qəbələnin Nic qəsəbəsindəki Müqəddəs Məryəm Ana Alban kilsəsində olublar - FOTO

Mayın 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Qəbələnin Nic qəsəbəsində yerləşən Müqəddəs Məryəm Ana Alban kilsəsində olublar. Doğrusöztv.Az istinadən bildirir ki, dövlətimizin başçısına və birinci xanıma kilsədə görülən işlər barədə məlumat verildi: -Müqəddəs Məryəm Ana kilsəsi 2019-cu ildə Heydər Əliyev Fondu tərəfindən bərpa […]