“Azərbaycanda müəllimlərin 83 faizini xanımlar təşkil edir” – Nazir

Oxunma vaxtı:26 Saniyə

“Bu gün ölkəmizin ictimai-siyasi həyatının bütün sahələrində qadınlar aparıcı mövqeyə sahibdirlər”.

Unikal.org xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev “facebook” səhifəsində paylaşıb.

O bildirib ki, təhsil prosesinin də mərkəzində qadınlar dayanır: ” Azərbaycanda müəllimlərin 83 faizini xanımlar təşkil edir. Əminliklə deyə bilərik ki, fədakar ruhlu xanımlarımız hər bir Vətən övladının yetişməsində həm ana, həm müəllim kimi 2 qat təsirə malikdirlər. Onlar 44 günlük Vətən müharibəsinin gizli qəhrəmanlarıdırlar. Beynəlxalq Qadınlar Günü münasibətilə bütün xanımlarımızı ürəkdən təbrik edir, onlara möhkəm cansağlığı, ailə xoşbəxtliyi, işlərində uğurlar arzulayıram”.

Loading

Müəllif

Seyid İsmayıl Abbasov

Doğrusöztv.Az və Doğru Söz qəzetin Təsisçisi və Baş Redaktoru
Next Post

Sinəsini güllə qabağına verən şəhid xanımlarımız

Bu gün Beynəlxalq Qadınlar Günüdür. Azərbaycan qadınları müxtəlif sahələrdə özlərini sübut ediblər, o cümlədən hərb meydanında da. BiG.AZ Birinci və İkinci Qarabağ müharibəsində şəhid olan xanımların xatirəsini anır və Oxu.Az-a istinadən onlardan üçünün həyat hekayəsini təqdim edir. Qaratel Hacımahmudova – kəşfiyyatçıQ.Hacımahmudova 1948-ci ildə Qazaxın Aşağı Əskipara kəndində anadan olub. O, 1962-ci […]