“Azəriqaz” abonentlərə müraciət edib

Oxunma vaxtı:36 Saniyə

“Azəriqaz” İstehsalat Birliyi abonentlərə müraciət edib.

Doğrusöztv.Az  xəbər verir ki, “Azəriqaz”ın müraciətində deyilir: “Əgər belə bir kəskin hava şəraitində mənzilinizdə istifadə etdiyiniz qaz cihazlarında hər hansı bir nasazlıq yaranarsa, bizimlə əlaqə saxlaya bilərsiniz. Bu sahədə təcrübəsi olan əməkdaşlarımız sizə yardım göstərəcəklər. Bundan başqa, kim əvvəlcədən ödənişli sayğacdan istifadə edirsə və hazırda sayğacında qaz həcmi bitibsə, bizə müraciət edə bilər. Bu soyuq havada evdən bayıra çıxa bilməyən abonentlərimiz kartlarına vəsait yükləmək istəyərlərsə, köməklik etməyə çalışacağıq. Kartlarını götürüb terminallarda balansını artırmaqla geri qaytaracağıq. Xahiş edirik ki, kimin belə bir xidmətlərə ehtiyacı olarsa, sosial şəbəkə üzərindən və ya “WhatsApp” nömrəmizə (077 3 104 104) yazsın”.© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdırMətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

Loading

Müəllif

Seyid İsmayıl Abbasov

Doğrusöztv.Az və Doğru Söz qəzetin Təsisçisi və Baş Redaktoru
Next Post

İctimai nəqliyyat 17:00-dan sonra işləməyəcək? - BNA-dan VACİB AÇIQLAMA

Marşrut avtobus sürücülərinin bu gün 17:00-dan sonra ictimai nəqliyyatın işləməyəcəyi ilə bağlı xəbərdarlıq etdiyi barədə söz-söhbət dolaşmaqdadır. Doğrusöztv.Az  Sonxeber.az-a istinadən bildirir ki, qurumun mətbuat xidmətinin rəhbəri Mais Ağayev hələ ki heç bir məhdudiyyətin olmadığını deyib. M.Ağayev avtobus sayının artırlması ilə bağlı məsələyə də aydınlıq gətirdi: “Bu gün və sabah nəqliyyatın hərəkəti ilə […]