Azərbaycan – İran əlaqələrinin genişləndirilməsi imkanları müzakirə edilib

Oxunma vaxtı:1 Dəqiqə, 0 Saniyə

Fevralın 2-də Milli Məclisin Sədri Sahibə Qafarova İran İslam Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Seyid Abbas Musəvi ilə görüşüb.

Parlamentin Sədri qonağı səmimi salamlayaraq bildirib ki, Azərbaycan və İran iki dost və mehriban qonşu ölkələrdir:

“Bizi bir-birimizə bağlayan tarixi, mədəni və mənəvi dəyərlər münasibətlərimizin qarşılıqlı anlaşma şəraitində inkişafı üçün yaxşı zəmin yaradır.

İkitərəfli əlaqələrimizin dərinləşməsində dövlət başçılarının rolu və siyasi iradəsi mühüm rol oynayır. Bu baxımdan, yüksək səviyyəli görüşlər, hər iki ölkə prezidentlərinin qarşılıqlı səfərləri, aparılan danışıqlar, ölkələrimiz arasında imzalanmış sənədlər böyük əhəmiyyət daşıyır”.

Sədr qeyd edib ki, Azərbaycanla İran arasında yüksək səviyyəli siyasi dialoq iqtisadi münasibətlərimizə də müsbət təsir edir: “Ölkələrimiz arasında ticarət dövriyyəsinin həcmi günbəgün artır. Biz belə hesab edirik ki, mövcud potensial bu sahədə daha yüksək göstəricilər əldə etməyə imkan yaradır”. Sədr Azərbaycanın onun dövlət müstəqilliyini ilk tanıyan dövlətlərdən biri kimi İran İslam Respublikası ilə həyatın digər sahələrində də əlaqələri dərinləşdirmək niyyətində olduğunu söyləyib.

Spiker münasibətlərimizin inkişafında parlamentlərin rolunu vurğulayaraq, hər iki ölkənin qanunvericilik orqanlarında dostluq qruplarının fəaliyyətini təqdir edib. Bildirib ki, bu sahədə tərəflər arasındakı mövcud xoş münasibətlər ikitərəfli və çoxtərəfli formatda əməkdaşlıqda özünü büruzə verir: “Parlament nümayəndə heyətlərinin qarşılıqlı səfərləri, deputatlarımızın mütəmadi təmasları ölkələrarası əməkdaşlığın da dərinləşməsinə öz dəyərli töhfəsini verir”.

Loading

Müəllif

Seyid İsmayıl Abbasov

Doğrusöztv.Az və Doğru Söz qəzetin Təsisçisi və Baş Redaktoru
Next Post

İran Vətən müharibəsində Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib - Səfir

İran dost və qardaş Azərbaycanla əlaqələrin inkişafına böyük maraq göstərir. Doğrusöztv.Az-ın məlumatına görə, bunu İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi bildirib. Səfir qeyd edib ki, İran Azərbaycanın apardığı Vətən müharibəsində Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib, haqqın və ədalətin tərəfində olub. Səfir 44 günlük hərbi əməliyyatlar zamanı qazanılmış Zəfərə görə xalqımızı və […]